Azərbaycan futbolu
“Kəpəz”in futbolçusunun bıçaqlanması ilə bağlı cinayət işi başlanıldı

04.02.2026 | 12:30
Ötən gün Gəncə şəhərində "Kəpəz" komandasının futbolçusunun bıçaqlanması ilə bağlı cinayət işi açılıb.
Sports.az xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.
Qeyd edək ki, 2001-ci il təvəllüdlü Məmmədov Nihad Əhliman oğlu aralarında yaranmış mübahisə zamanı 2002-ci il təvəllüdlü Rzayev Veysəl Mehman oğluna kəsici alətlə bir dəfə zərbə vurub.
Rzayev xəstəxanaya yerləşdirilib.
Son xəbərlər





























