“Komandamın göstərdiyi oyundan çox razıyam” - Rəşad Sadıqov

“Komandamın göstərdiyi oyundan çox razıyam” - Rəşad Sadıqov

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Sumqayıt"a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Sports.az xəbər verir ki, o, 0:0 hesablı heç-heçəni belə şərh edib:

“İdeal komandaya qarşı oynayırdıq. Buna baxmayaraq, oyunu yaxşı səviyyədə keçirdik. Daha çox dominant tərəf biz idik. Yaxşı hücumlarımız, qol epizodlarımız var idi. Təəssüf ki, sadəcə fərqlənə bilmədik. Bəlkə də bu gün 1-2 qol vursaydıq, cavab matçına daha rahat hazırlaşardıq. Xeyirlisi olsun. Artıq 3 gündən sonra bu iki komanda arasında olduqca önəmli çempionat oyunu var. Bütün fikrimizi həmin oyuna yönəldəcəyik. O matç daha fərqli keçəcək. Bu gün hər iki komandanın beynində birinci oyun idi deyə, səhvləri düzəltmək üçün vaxt var idisə, amma hamımız başa düşürük ki, 3 gündən sonra keçiriləcək qarşılaşma turnir cədvəli baxımından nə qədər önəmlidir. Düşünürük ki, o matçda rəqib daha istəkli, daha motivasiyalı olacaq. Çalışacağıq ki, bizə vacib olan qələbəni 3 gündən sonra burada qazanaq.

Bizim üçün vacib olan oyundan sonra səhvlərimizi analiz edib, o yöndə hansı addımlar lazımdırsa, onu ataq və növbəti matçlarda da daha yaxşı olaq. Bu gün də qol epizodlarımız oldu, qalib də gələ bilərdik. Amma alınmadı. Artıq növbəti oyuna köklənməliyik. Komandamın performansından, göstərdiyi oyundan çox razıyam”.

Son xəbərlər
“Real” “Komo”nun müdafiəçisi ilə maraqlanır
Bakıda keçirilən beynəlxalq turnirdə ikinci yarış günə yekun vuruldu
1/4 finalın ilk günündə qol qeydə alınmadı
Məzunu “Mançester Yunayted”ə qayıtmaq istəmir
“Lənkəran” “Sumqayıt”a məğlub oldu
“Real” Fernandeslə bağlı təhlil aparır
“Sumqayıt”la “Zirə” ilk oyunu qolsuz başa vurdular - VİDEO
“Xilasedici” və “Neftçi”dən qələbə
“Bəzi futbolçularımız 90 dəqiqə oynamağa hazır deyil” - Saşa İliç
“Komandamın göstərdiyi oyundan çox razıyam” - Rəşad Sadıqov
Maquayr “Mançester Yuanyted”də qalmaq üçün güzəştə hazırdır
“Zirə” futbolçusunu icarəyə verdi
Ronaldo “Mançester Yunayted”ə qayıda bilərmi?
“Arsenal”ın Premyer Liqadakı oyunu təxirə salınacaq
Bölgələrdə yeniyetmə və gənc voleybolçu seçimi başlayır
Daha 5 çəkidə finalçılar müəyyənləşdi
“Real” yeni müdafiəçi ilə maraqlanır
Millimiz Özbəkistan yığmasına qalib gəldi
“Neftçi”nin yetirməsi 1-ci Liqa klubuna keçdi
1/8 final mərhələsinin oyun cədvəli açıqlandı
“Vulverhempton” müdafiəçisini “Roma”ya satmadı
Premyer Liqanın keçmiş bombardiri 1-ci Liqa klubunda
Millimiz Gürcüstan yığması ilə qarşılaşacaq
Azərbaycanın iki federasiyası əməkdaşlıq Memorandumu imzaladı
“Karyeramın ən həyəcanlı və qürurverici yarışıydı”
“Olimpik”də əlbəyaxa
“Kəpəz”dən 1-ci Liqa klubuna
Azərbaycanın yunan-Roma güləşçisi əməliyyat olundu
“İmişli” gənc futbolçunu heyətinə qatdı
Upamekanonun gələcəyi ilə bağlı məlumat yayıldı
DAHA ÇOX

Ən çox oxunanlar