“Qalib gəlsək də, favorit yenə “Qarabağ”dır” - Ayxan Abbasov

“Qalib gəlsək də, favorit yenə “Qarabağ”dır” - Ayxan Abbasov

“Şamaxı” bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Qarabağ”ı qəbul edib.

Sports.az xəbər verir ki, 2:1 hesabı ilə qalib gələn bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasovun oyundan sonra mətbuat konfransı keçirilib. Abbasov belə hava şəraitində mübarizə aparmağın çətin olduğunu bildirib:

“Kubok oyunu iki matçdan ibarətdir. İlk oyunumuz idi. Belə hava şəraitində mübarizə aparmaq çətin idi. “Qarabağ” kimi komanda ilə oyunlar həmişə çətin keçir. Biz də sıx qrafikdə oynayırıq. Amma davam edəcəyik, beş gün sonra çempionat oyunumuz var. Həmin oyuna hazırlaşacağıq.

Bilirsiz, bizim heyət geniş deyil, rotasiyalar edə bilmirik. Yorğunçuluq mütləq olacaq. Çempionatda da hədəfimiz bəllidir, daha üst yerlərə qalxmaq istəyirik.

Kubokda da hədəfimiz bəllidir, mübarizə aparacağıq. Futboldur, istənilən nəticə qeydə alına bilər. Bu gün qalib gəlsək də, düşünürəm ki, favorit yenə “Qarabağ”dır.

Bundan da çətin hava şəraiti olub ki, oyun təxirə salınmayıb. Növbəti turda belə olsa, zatən oyunun təxirə salınması bizdən asılı olmayacaq. Amma belə baxsaq, havalar yaxşılığa doğru getməlidir”.

Son xəbərlər
“Atletiko” darmadağınla yarımfinalda
“Monako” 1/4 finalda dayandı
“Atalanta” “Yuventus”u yarımfinala buraxmadı
“Fənərbağça”dan inamlı qələbə
Qnabridən “Bayern”lə yeni müqavilə
“Quba” “Sərhədçi”ni məğlub etdi
“Kəpəz” “Turan Tovuz”a ilk oyunda belə uduzdu - VİDEO
“Arsenal” “Bayern”in yeniyetmə ulduzuna göz dikib
“Hava şəraiti oyuna təsir edirdi” – Abışov
“Cavab matçında fərqli oynamağa çalışacağıq” - Azər Bağırov
“Real” “Liverpul”un yarımmüdafiəçisi ilə maraqlanır
“Turan Tovuz” və “Şamaxı”dan qələbə
Yunan-Roma güləşi üzrə mübarizəyə yekun vuruldu
“Arsenal” “Bayern”in yarımmüdafiəçisini ələ keçirmək istəyir
“Abşeron” uduzdu, “Azərreyl” və “Turan” qalib gəldi
Amorim mövsümün sonunadək susacaq
Azərbaycanın iki güləşçisi reytinq turnirində çıxış edib
Sərbəst güləş üzrə ilk finalçılar məlum oldu
Qabon millisinin hücumçusu “Sabah”da
Vlahoviçin “Yuventus”da qala bilməsi üçün şərt
Azərbaycan millilərinin seçmə mərhələdəki rəqibləri bəlli oldu
“Qarabağ” “Şamaxı”ya ilk oyunda belə uduzdu - VİDEO
“Qalib gəlsək də, favorit yenə “Qarabağ”dır” - Ayxan Abbasov
Arbeloa “işə düşüb”
“Neftçi”dən narazı deyilik” - Qurban Qurbanov
“Zaqatala” “Səbail”ə evdə uduzdu
Kapitan əməliyyat olundu
Qvardiola “Real”a oyunçu mübadiləsi təklif edir
Cənubi Koreya millisinin hücumçusu “Beşiktaş”da
Qurban Qurbanova həsr edilən film nümayiş etdiriləcək
DAHA ÇOX

Ən çox oxunanlar