Azərbaycan futbolu
Daha 2 komandaya texniki məğlubiyyət verildi

06.02.2026 | 16:20
AFFA Region Liqasında çıxış edən iki komandaya texniki məğlubiyyət verilib.
Sports.az xəbər verir ki, bu barədə milli assosiasiyanın İntizam Komitəsi qərar çıxarıb.
İmişlinin "Araz" komandası "Hacıqabul" kollektivi ilə görüşün 86-cı dəqiqəsində meydanı tərk etdiyi üçün bu halla üzləşib. Oyun başa çatmadığından bölgə təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib.
"Crystal" isə "Samur"la qarşılaşmada təyin olunan vaxtda meydana çıxmayıb. Bu səbəbdən onlar da 0:3 hesablı texniki məğlubiyyətə məruz qalıblar.
Son xəbərlər





























