Azərbaycan futbolu
Kubokda 10-cu, evdə 5-ci

06.02.2026 | 18:40
“Turan Tovuz” Azərbaycan Kubokunda 10-cu qələbəsini qazanıb.
Sports.az xəbər verir ki, bu, “Kəpəz”lə ev qarşılaşmasında qeydə alınıb.
Tovuz təmsilçisi Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk görüşündə 1:0 hesabı ilə qalib gəlib. Bu, klub tarixində 18-ci kubok matçında 10-cu qələbə olub. Evdə 5-ci dəfə qalib gələn qərblilər səfərdə də eyni sayda uğura malikdir
Qeyd edək ki, “Turan Tovuz” ilk qələbəsini 2015/16 mövsümünə təsadüf edən debüt matçında qazanıb. Qərblilər səfərdəki 1/16 final görüşündə MOİK-i məğlub edib – 2:1.
Son xəbərlər





























