“Sabah” “Araz-Naxçıvan”a, “Sumqayıt” “Zirə”yə qarşı

Bu gün Misli Premyer Liqasında 19-cu tura start veriləcək.
Sports.az xəbər verir ki, ilk gündə 2 oyun baş tutacaq.
Öncə “Sabah” “Araz-Naxçıvan”la qarşılaşacaq. Bu görüşü Tural Qurbanov idarə edəcək.
“Sumqayıt” isə “Zirə”ni qəbul edəcək. Sumqayıtda keçiriləcək matçın baş hakimi İnqilab Məmmədov olacaq.
“İmişli” – “Kəpəz” və “Turan Tovuz” – “Karvan-Yevlax” oyunları sabah,“Şamaxı” – “Qarabağ” və “Neftçi” – “Qəbələ” görüşləri isə fevralın 10-da keçiriləcək.
Misli Premyer Liqası
19-cu tur
8 fevral
“Sabah” – “Araz-Naxçıvan”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Müslüm Əliyev, Əli Əliyev
VAR: Rəvan Həmzəzadə.
“Bank Respublika Arena”, 16:00.
“Sumqayıt” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Teymur Teymurov, Alik Yunusov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 18:30.





























