“Bu ölkə təkcə “Qarabağ”dan ibarət deyil” - Dambrauskas

“Bu ölkə təkcə “Qarabağ”dan ibarət deyil” - Dambrauskas

“Sabah” Azərbaycan Premyer Liqasının 19-cu turunun açılış matçında bu gün “Araz-Naxçıvan”ı qəbul edib.

Sports.az xəbər verir ki, 4:1 hesabı ilə qalib gələn “bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskasın oyundan sonra mətbuat konfransı keçirilib. Litvalı mütəxəssis jurnalistlərin əsas rəqibləri olan “Qarabağ”ın “Neftçi” ilə oyununun mümkün təxirə salınması ilə bağlı sualına hirslənib:

“İlk olaraq oyunçularımı təbrik edirəm. Həqiqətən də, möhtəşəm qələbə idi. Oyunçularım meydanda çox istəkli idilər. Məğlub etdiyimiz “Zirə”, “Araz-Naxçıvan” çox güclü komandalardır. Heyətlərində güclü oyunçular var.

Bundan başqa, azarkeşlərimizi təbrik edirəm və istəyirəm ki, tribunalarda sayları çox olsun. Bu gün tribunada az idilər. Rəhbərliyi təbrik etmək istəyirəm.

İlk hissənin 16-cı dəqiqəsində 3:0 öndə idik. Bundan sonra bir az oyunda temp düşdü. İkinci hissədə də bir qol vurduq.

İstəməzdim bu suala cavab verəm. Çünki mən “Qarabağ”da işləmirəm, onların baş məşqçisi deyiləm. Mən bilmirəm, bilmirəm…. “Sabah”ın oyununa gəlmisiz və “Qarabağ”la bağlı sual verirsiz. Hörmətsizlikdir. Bu ölkə təkcə “Qarabağ”dan ibarət deyil. Mən onlara böyük hörmət edirəm. Təqvimi mən hazırlamıram. Nəyə görə məndən soruşursuz? Üzr istəyirəm, bu, düzgün deyil. “Sabah”ın oyununa gəlmisiz, “Qarabağ”la “Neftçi” barədə soruşursuz. Bu, tamamilə yanlışdır və hörmətsizlikdir.

Mən istəyərdim ki, daha çox qollar vuraq. Amma heç bir liqada bu demək olar ki, mümkün deyil. 10 qol vurmaq olmur. Hər oyunda 4 qol vurmaq mümkün deyil. Əvəllər biz oyunları 0:0, 1:0 bitirəndə soruşurduz ki, məhsuldarlıq niyə aşağıdır. Birinci hissəyə baxsaydız, görərdiz ki, necə təzyiq edirdik, pressinq edirdik”.

Son xəbərlər
“Şanslarımızı dəyərləndirə bilmədik”
“Neftçi” üzərində layiqli qələbə qazandıq”
MY “Nyukasl”ın cinah hücumçusu ilə maraqlanır
Bakıda təşkil olunan beynəlxalq turnirə yekun vuruldu
Azərbaycan tennisçisindən uğurlu start
“Sumqayıt” “Zirə”yə belə uduzdu - VİDEO
“Yuventus” “Leypsiq”in yarımmüdafiəçisi ilə maraqlanır
“Bu məğlubiyyətin məsuliyyətini müdafiəçilərin üzərinə atmazdım”
“Bəlkə bir futbolçu ilə gücləndik” - Rəşad Sadıqov
Azərbaycan cüdoçusundan “Böyük Dəbilqə”də gümüş medal
“Milan” “Partizan”ın hücumçusu ilə maraqlanır
“Neftçi” “Sabah”a uduzdu
“Sabah” və “Zirə”dən qələbə
“Son saniyələrdə sadə atışları qaçırdıq və rəqibə şans verdik”
Safonovun PSJ-də ən yaxşı dostu məlum oldu
“Sabah”dan darmadağın - VİDEO
“Bu ölkə təkcə “Qarabağ”dan ibarət deyil” - Dambrauskas
Rosenyor Barkonu “Çelsi”də görmək istəyir
“Hücum oyunu oynamaq istədik, amma alınmadı” – Demçenko
“Şəki” ilə matçda yerli oyunçulara da üstünlük verdik”
Xulian Alvares uğrunda mübarizə qızışır
“İstedadların seçimi” turnirinin ilk turu başa çatdı
Gənc boksçular arasında Azərbaycan çempionatı keçiriləcək
“Barselona” məzununu kluba qaytara bilər
Parabadmintonçularımız üçün Manama sınağı
“Abşeron Lions” “Şəki”yə qalib gəldi
“Bayern” və MY Berçimas uğrunda çəkişəcəklər
“Liverpul”un yarımmüdafiəçisi “Komo”ya keçə bilər
Palmerdən rekord göstərici
“İnter” baş məşqçisi ilə müqaviləsini yeniləməyə hazırdır
DAHA ÇOX

Ən çox oxunanlar