“İmişli” “Kəpəz”ə, “Turan Tovuz” “Karvan-Yevlax”a qarşı

Misli Premyer Liqasında 19-cu turun oyunları keçirilir.
Sports.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutacaq.
“İmişli” “Kəpəz”lə qarşılaşacaq. Qubada keçiriləcək oyunu Fərid Hacıyev idarə edəcək.
“Turan Tovuz” isə “Karvan-Yevlax”ı sınağa çəkəcək. “Azersun Arena”da keçiriləcək oyunu Vüqar Həsənli idarə edəcək.
Daha öncə keçirilmiş oyunlarda “Sabah” “Araz-Naxçıvan” 4:1 hesabıyla qalib gəlib, “Sumqayıt” “Zirə”yə uuzub – 2:3. “Şamaxı” – “Qarabağ” və “Neftçi” – “Qəbələ” oyunları sabah keçiriləcək.
Misli Premyer Liqası
19-cu tur
9 fevral
“İmişli” – “Kəpəz”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov.
Quba OİK stadionu, 14:30.
“Turan Tovuz” – “Karvan”
Hakimlər: Vüqar Həsənli, Kamran Bayramov, Zöhrab Abbasov, Murad Səlimov.
“Azersun Arena”, 18:30.





























