“Heç kim istəməzdi ki, belə hadisə olsun” - Azər Bağırov

“Heç kim istəməzdi ki, belə hadisə olsun” - Azər Bağırov

"Kəpəz" Misli Premyer Liqasında 19-cu turu çərçivəsində "İmişli" ilə heç-heçəyə (0:0) razılaşıb.

Sports.az xəbər verir ki, "Kəpəz"in baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında oyun barədə fikirlərini bölüşüb.

Mütəxəssis rəqib meydançasının futbol oynamağa yararsız olduğunu və "İmişli"nin fiziki oyun nümayiş etdirdiyini bildirib:

"İmişli"nin oyunlarını izləmişdik. Burada oynamağın çətin olacağını bilirdik. Meydança oynamağa imkan vermir. Rəqib də daha çox fiziki oynamağa çalışır. Uşaqlar yaxşı mübarizə apardılar. 4 gün əvvəl çətin kubok oyunumuz olub. Şükürlər olsun ki, oyunu zədəsiz başa vurduq və heç olmasa 1 xal qazandıq. İrəli baxacağıq. Qarşıda çətin oyunlarımız var. Mübarizə hələ davam edir".

Bağırov son günlər gündəmdə olan futbolçu Veysəl Rzayevin durumu və gecə saatlarında hadisə ilə üzləşməsi məsələsinə də aydınlıq gətirib. O, futbolçunun hazırda xəstəxanada olduğunu və hadisə ilə bağlı klub daxilində ölçü götürüləcəyini vurğulayıb:

"Veysəl hazırda palatadadır, müalicə olunur. Bu məsələlər bitdikdən sonra klub rəhbərliyi ilə söhbətimiz olacaq. Futbolçular öz evlərində qalırlar, azad vaxtları var. Gəncə balaca şəhərdir, hamıya nəzarət edirik. Yazılmayan qaydalar var. Bu, Allahın qədəri idi, belə oldu. Heç kim istəməzdi ki, belə hadisə olsun. Əlbəttə ki, ölçü götürüləcək".
 

Son xəbərlər
“Vilyarreal”dan darmadağın
“Roma”dan inamlı qələbə
“Fənərbağça”dan inamlı qələbə
“Barselona” baş məşqçisini itirə bilər
“Turan Tovuz”dan növbəti qələbə - VİDEO
"Azarkeşlərdən üzr istəyirəm" - Berdıyev
"Neftçi" "Qəbələ" ilə oyuna itkilərlə çıxacaq
“Rəqibin qələbəsinə kölgə salmaq istəmirəm” - Füzuli Məmmədov
Azərbaycan çempionatının ilk günündə 41 döyüş
“Turan Tovuz”dan qələbə
MOK erməni idmançılarla bağlı müraciətinə müsbət cavab aldı
Gəncədə Azərbaycan çempionatına start verildi
“Qalatasaray”ın yetirməsi “Zirə”də
MLS klubu “Barselona”nın ulduzuna müqavilə təklif etdi
“Heç-heçə qənaətbəxş nəticədir”
“Real” əsas yay transfer hədəfini müəyyənləşdirdi
“Heç kim istəməzdi ki, belə hadisə olsun” - Azər Bağırov
“Real” “yeni Niko Uilyams”ı gözaltı edib
“İmişli” və “Kəpəz”dən heç-heçə - VİDEO
“Bayern” Nikolas Ceksonla bağlı qərar qəbul etdi
"Barselona"nın prezidenti vəzifəsindən istefa verdi
Azərbaycan çempionatının açılış mərasimi keçirilib
Millimiz Gürcüstana ikinci oyunda da uduzdu
"Nyukasl" – "Qarabağ": azərbaycanlı azarkeşlər üçün biletlərin qiyməti açıqlandı
“Liverpul” “Bayer”ə satdığı məzununu geri qaytarmaq istəyir
Azərbaycanlı pilot Portimao trekində debüt etdi
Salah əməkhaqqından üçqat gəlir götürə bilər
“Qarabağ”dan bir qələbə, bir məğlubiyyət
Arbeloa “ət tökür”
AMPK üçün 30 illik yubiley loqoları
DAHA ÇOX

Ən çox oxunanlar