Azərbaycan futbolu
"Neftçi" "Qəbələ" ilə oyuna itkilərlə çıxacaq

09.02.2026 | 21:30
"Neftçi" Misli Premyer Liqasının 19-cu turunda qarşılaşacağı "Qəbələ" ilə matçın hazırlığını yekunlaşdırıb.
Sports.az xəbər verir ki, futbolçulardan İqor Ribeyro və Freddi Varqas cəzalı olduqları üçün bu görüşü buraxacaqlar.
"Ağ-qaralar" bu gün "Palms Sports" Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar.
Fevralın 10-da "Palms Sports Arena"da keçiriləcək "Neftçi" – "Qəbələ" matçı saat 19:00-da başlanacaq.
Son xəbərlər





























