Azərbaycan futbolu
“Şamaxı” “Qarabağ”a, “Neftçi” “Qəbələ”yə qarşı

10.02.2026 | 09:00
Bu gün Misli Premyer Liqasında 19-cu tura yekun vurulacaq.
Sports.az xəbər verir ki, son gündə 2 oyun baş tutacaq.
“Şamaxı” evdə “Qarabağ”la qarşılaşacaq. Turun son oyunu isə “Neftçi” ilə “Qəbələ” arasında keçiriləcək.
Turun əvvəlki oyunlarında “Sabah” “Araz-Naxçıvan”a (4:1), “Turan Tovuz” “Karvan”a (1:0) qalib gəlib, “Sumqayıt” “Zirə”yə məğlub olub – 2:3. “İmişli” – “Kəpəz” matçında isə qalib müəyyənləşməyib – 0:0.
Misli Premyer Liqası
19-cu tur
10 fevral
“Şamaxı” – “Qarabağ”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Ruslan Quliyev.
Şamaxı şəhər stadionu, 14:30.
“Neftçi” – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim Zeynalov, Əkbər Əhmədov.
“Palms Sports Arena”, 19:00.
Son xəbərlər





























