“Harda yazılıb ki, “Qarabağ”la oyunumuz təxirə salınıb?” - Vernidub

“Harda yazılıb ki, “Qarabağ”la oyunumuz təxirə salınıb?” - Vernidub

“Neftçi” bu gün Azərbaycan Premyer Liqasının 19-cu turunda “Qəbələ”ni qəbul edib.

Sports.az xəbər verir ki, 1:0 hesabı ilə qalib gələn “ağ-qaralar”ın baş məşqçisi Yuri Vernidubun oyundan sonra mətbuat konfransı keçirilib. Ukraynalı çalışdırıcı birinci hissədə yaxşı oyun nümayiş etdirdiklərini bildirib:

“Səmimi desəm, birinci hissədə yaxşı oyun göstərdik və qol da vurduq. Hətta birini də vura bilərdik. Amma “Qəbələ”nin belə bir fürsəti olmadı. Digər tərəfdən, psixologiya ilə bağlıdır. Komanda uzun müddətdir ki, bu stadionda qələbə qazana bilmirdi. Həm də ki, hesabda öndə olmağımız oyunçuların daha çox müdafiədən oynaması ilə nəticələndi. Əsas odur ki, mən bu gün futbolçulara tapşırıq vermişdim ki, bu gün bizə qələbə lazımdır. Oyun bitib, yadda qalan nəticədir.

Harda yazılıb ki, “Neftçi” – “Qarabağ” matçı təxirə salınıb? Mən görməmişəm. Mənə desələr ki, çıx oyna, çıxıb oynayacağıq. Azərbaycan çempionatında 12 komanda var və onlardan biri bizik. Mənim üçün fərq etmir, istər “Sumqayıt” olsun, istər “Kəpəz” olsun.

Mən baş məşqçiyəm və meydanda olan hakimin qərarlarına fikir bildirə bilmərəm. Bunun üçün komitə var. Amma hakimlər də insandır, səhv edə bilərlər. Qərəzli yanaşma görmədim”.

Son xəbərlər
“Napoli” 1/4 finalda dayandı
“Tottenhem” uduzdu, “Çelsi” və “Mançester Yunayted” xal itirdi
Van Deyk “Mançester Siti”yə məğlubiyyəti şərh etdi
Azərbaycan təmsilçisi Qış Olimpiya Oyunlarında 13-cü oldu
“İnter” “Sassuolo”nun müdafiəçisi ilə maraqlanır
Axundzadənin ABŞ klubuna transferi rəsmiləşdi
“Qəbələ” “Neftçi”yə belə uduzdu - VİDEO
Azərbaycan çempionatının ilk medalçıları bəlli oldu
“Bu, çox yaxşı göstəricidir” - Piriç
“Tottenhem” “Milan”ın hücumçusu ilə maraqlanır
“Harda yazılıb ki, “Qarabağ”la oyunumuz təxirə salınıb?” - Vernidub
“Nəticə oyuna görə olmadı” – “Qəbələ”nin məşqçisi
“Yuventus” müdafiəçisi ilə müqaviləsini yeniləmək niyyətindədir
"Neftçi" və "Qarabağ"dan qələbə
“Şaxtyor”un yetirməsi “Turan Tovuz”da
Daha 5 çəkidə finalçılar müəyyənləşdi
“Real” “Çelsi”nin müdafiəçisini almaq istəyir
“Növbəti yarışlarda “bürünc”ü qızıl medalla əvəz etmək istəyirəm”
“Şamaxı” “Qarabağ”a belə uduzdu - VİDEO
Vitinya İspaniya nəhəginə qoşulmağa hazırdır
“Qarabağ”a qarşı pis mübarizə aparmadıq” - Ayxan Abbasov
“Bu oyunda xarakter və mübarizə çox vacib idi” - Qurbanov
“Livepul” Konateyə əvəz tapdı
“Karvan-Yevlax”da danışılmış oyunlarla bağlı sessiya
A kateqoriyalı məşqçi kursunun 4-cü mərhələsi keçirilib
“Liverpul” hücumçusunu satmağa hazırdır
Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlandı
“İnter” müdafiəçisi ilə müqaviləsini yeniləməyə hazırdır
“Real” yay mövsümünə iki əsas hədəfi müəyyənləşdirib
Paytaxt klubunda ciddi itki
DAHA ÇOX

Ən çox oxunanlar