Azərbaycan futbolu
Hakimləri təhqir edən məşqçiyə 5 oyunluq cəza

11.02.2026 | 15:30
AFFA hakimləri təhqir edən məşqçini 5 oyunluq cəzalandırıb.
Sports.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Fevralın 8-də AFFA U-14 Liqasında baş tutan "Qaradağ Lökbatan" – "Araz Bakı UFK" görüşü başa çatdıqdan sonra qonaq komandanın köməkçi məşqçisi Ramin Fərruxlu hakimləri təhqir edib.
Bu hərəkətinə görə onun növbəti 5 oyuna buraxılmaması barədə qərar qəbul olunub.
Son xəbərlər





























