AFFA klublar üçün danışılmış oyunlara qarşı sessiya təşkil edib

AFFA klublar üçün danışılmış oyunlara qarşı sessiya təşkil edib

"Qarabağ", "Zirə", "Qəbələ", "Turan Tovuz", "Araz-Naxçıvan" və "Kəpəz"in aşağı yaş qruplarının (U-15 - U-19), həmçinin "Baku-Sportinq"lə "Difai" klubunun əsas komandasının üzvləri üçün danışılmış oyunlara qarşı mübarizə mövzusunda maarifləndirici sessiya təşkil olunub.

Sports.az xəbər verir ki, sessiya AFFA-nın Komplayns və danışılmış oyunlara qarşı mübarizə şöbəsi tərəfindən həyata keçirilib.

Təlimdə çıxış edən Komplayns və danışılmış oyunlara qarşı mübarizə şöbəsinin rəisi, eyni zamanda danışılmış oyunlara qarşı mübarizə üzrə məsul şəxs Naib Əsədov və şöbənin digər əməkdaşı Murad Məmmədli futbolçulara danışılmış oyun anlayışı, matçlar zamanı edilən adi səhvlərlə qəsdən manipulyasiya edilmiş davranışlar arasındakı fərqlər, eləcə də bu cür halların futbolun dürüstlüyünə və nüfuzuna vurduğu ciddi zərər barədə ətraflı məlumat veriblər.

Sessiyada futbolçuların yalnız idmançı deyil, eyni zamanda dəyərlərin daşıyıcısı olduğu vurğulanıb, ədalət, dürüstlük, məsuliyyət və nümunə olmaq kimi prinsiplərin futbolçuların peşəkar fəaliyyətində mühüm rol oynadığı qeyd edilib. Danışılmış oyunların əsas motivləri, manipulyasiya hallarının daha çox hansı oyunlarda baş verdiyi, idman mərclərinin bu prosesdə rolu və futbolçulara təsir üsulları təqdimat vasitəsilə izah olunub.

Eyni zamanda, futbolçuların etik borcu, şübhəli və ya danışılmış oyun təklifi ilə qarşılaşdıqda atmalı olduqları addımlar, susmağın da məsuliyyət daşıdığı hallarla bağlı praktiki situasiyalar üzərində müzakirələr aparılıb. Sosial media üzərindən edilən yaxınlaşmalar, manipulyatorların istifadə etdiyi vasitələr və futbolçuların ictimai və şəxsi profillərinin düzgün idarə olunmasının vacibliyi xüsusi diqqətə çatdırılıb.

Sessiya zamanı AFFA-nın 2025-ci ildə qəbul edilmiş İntizam Məcəlləsinin müvafiq maddələri, danışılmış oyunlarda iştirakın, bu cür hallara cəhdin və ya məlumatın gizlədilməsinin ağır intizam pozuntusu hesab olunduğu bildirilib, həmçinin yerli və beynəlxalq təcrübədən konkret nümunələr futbolçulara təqdim edilib.

Maarifləndirici tədbirin əsas məqsədi futbol ictimaiyyətində şəffaflığın və dürüstlüyün qorunması, danışılmış oyunlara qarşı mübarizənin gücləndirilməsi və futbolçuların bu sahədə məlumatlılığının artırılmasıdır.

Son xəbərlər
MS “Everton”un yarımmüdafiəçisinə göz dikib
Azərbaycan millisi Macarıstanda toplanış keçir
“Klassiklər”in yarışına yekun vuruldu
“Liverpul” baş məşqçisinə güvənir
Azərbaycan çempionatının 3-cü günündə 47 döyüş
“Kəpəz” rəsmiləri Veysəl Rzayevin səhhəti ilə maraqlanıblar
“Neftçi” qalib gəldi, “Azərreyl” uduzdu
Laporta Flik haqda qənaətini açıqladı
“Lənkəran” “Sərhədçi”yə məğlub oldu
Vlahoviçin “Barselona”ya mümkün keçidi nə yerdədir?
Azərbaycan çempionatında ilk finalçılar məlum oldu
Komanda yoldaşı Musialanı təriflədi
Hakimlər Komitəsinin sədri Umudlunun səhv qərar qəbul etdiyini təsdiqlədi
Laporta “Barselona”nın keçmiş baş məşqçiləri haqda danışdı
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi qeyd ediləcək
“Real”ın kapitanı narazıdır
AFFA klublar üçün danışılmış oyunlara qarşı sessiya təşkil edib
Mbappe hakimləri təhqir etdi
Milli üzvləri məktəblilərlə görüşdü
Vitinya "Real"a qoşulmağa hazırdır
“Nyukasl”dan “Qarabağ”la oyundan əvvəl azarkeşlərinə xəbərdarlıq
İspaniyalı hücumçu bu il meydana çıxa bilməyəcək
De Zerbi qovuldu
“Sabah”dan ayrılan hücumçunun yeni klubu bəlli oldu
“Qarabağ" 9 pillə irəlilədi
Axundzadə "Qarabağ"a təşəkkür etdi
Avropa Açıq Turnirinə 7 cüdoçu ilə
“Tottenhem” baş məşqçisi ilə vidalaşdı
İki komandaya texniki məğlubiyyət verildi
Hakimləri təhqir edən məşqçiyə 5 oyunluq cəza
DAHA ÇOX

Ən çox oxunanlar