“Qarabağ”ın prezidentindən “Neftçi”yə təşəkkür

“Qarabağ”ın prezidentindən “Neftçi”yə təşəkkür

"Qarabağ" klubunun prezidenti Tahir Gözəl "Neftçi"yə təşəkkür edib.

Sports.az xəbər verir ki, bu barədə "köhlən atlar"ın rəhbəri klubun mətbuat xidmətinə açıqlamasında bildirib.

O, "Ağdam" təmsilçisinin "Nyukasl"la pley-off oyunları arasında cəmi 6 gün fasilə olduğunu və bu müddətdə komandanın İngiltərəyə uzun səfər edəcəyini nəzərə alaraq Misli Premyer Liqasının XXI turunda keçirilməli olan oyunun təxirə salınmasına razılıq verdiyi üçün "Neftçi"yə təşəkkür edib:

"Oyunun təxirə salınması ilə bağlı göstərilən anlayış və konstruktiv mövqeyə görə "Neftçi" rəhbərliyinə və İdarə Heyətinə səmimi təşəkkürümü bildirirəm. "Neftçi" klubu bu qərarı ilə bir daha öz futbol ənənəsinə, əsalətinə və Azərbaycan futbolunun ümumi maraqlarına sadiqliyini nümayiş etdirdi. Bu addım sübut etdi ki, rəqabət nə qədər prinsipial olsa da, milli ruh, qarşılıqlı hörmət və birlik hər zaman prioritet olaraq qalır.

İnanıram ki, bu cür yanaşmalar ölkə futbolunun inkişafına və klublar arasında sağlam münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, müraciətimizə əsasnaməyə uyğun, operativ və obyektiv şəkildə yanaşdığına görə Peşəkar Futbol Liqasına minnətdarlığımı bildirirəm. "Neftçi"yə gələcək fəaliyyətində uğurlar arzulayıram".

Premyer Liqanın 21-ci turunda üz-üzə gələcək "Neftçi" və "Qarabağ" komandalarının fevralın 21-nə nəzərdə tutulan oyunu təxirə salınıb. "Qarabağ"ın Peşəkar Futbol Liqasına rəsmi müraciəti, "Neftçi" klubunun razılıqla bağlı rəsmi cavabı əsasında qarşılaşma başqa tarixdə keçiriləcək.

Son xəbərlər
“Arsenal” səfərdə xal itirdi
Sərbəst güləşçilərin mübarizəsində ilk qaliblər müəyyənləşdi
“Azərreyl” məğlub oldu
Klopp “Real”ı çalışdırası olarsa…
Arne Slot İspaniya nəhəngini çalışdırmağı xəyal edir
“Qarabağ”ın prezidentindən “Neftçi”yə təşəkkür
“Naxçıvan”dan qələbələ
“Milan” “Arsenal”ın hücumçusu ilə maraqlanır
“Əsas məqsədimiz C Liqasına qayıtmaqdır” - Ayxan Abbasov
“Qarabağ”ın “Nyukasl”la oyununa ilk gündə nə qədər bilet satılıb?
“Arsenal” Xulian Alvaresin satış qiymətini endirməyə çalışır
UEFA Millətlər Liqası: Türkiyə millisinin rəqibləri bəlli oldu
"Neftçi" - "Qarabağ" oyunu təxirə salındı
“Real” “Liverpul”un yarımmüdafiəçisi ilə maraqlanır
"Sabah"dan ayrılan Nuriyev "Zirə"də
Millimizin Millətlər Liqasındakı rəqibləri müəyyənləşdi
Son 5 finalçı müəyyənləşdi
Rüdiger Premyer Liqaya qayıda bilər
Vintiyanın “Real”a keçid ehtimalı nə qədərdir?
“Real” “Çelsi” ilə oyunçu mübadiləsi həyata keçirməyə hazırlaşır
Nevill çempion olacaq komandanı açıqladı
“Real” “Nyukasl”ın yarımmüdafiəçisini satın almağa hazırdır
“Mançester Yunayted”də çempionluq xəyalı
Raşford gələcəyi ilə bağlı yekun qərar qəbul etdi
“Real”ın daha bir oyunçusu baş məşqçisinə qəzəbləndi
Mərkəzi oyunda heç-heçə
Kapello ürəyinin sahibi klubu açıqladı
UEFA-nın 51-ci Konqresi Qazaxıstanda keçiriləcək
Dekabrda vurulmuş ən yaxşı qolun müəllifi mükafatlandırıldı
"Sumqayıt" yeni transferini açıqladı
DAHA ÇOX

Ən çox oxunanlar