"Çox əziyyət çəkirik" - Füzuli Məmmədov

"Çox əziyyət çəkirik" - Füzuli Məmmədov

"Karvan-Yevlax" bu gün Azərbaycan Premyer Liqasının 20-ci turunda "Zirə"nin qonağı olun.

Sports.az xəbər verir ki, Zirə İdman Kompleksində keçirilən matçdan sonra bölgə təmsilçisinin baş məşqçisi Füzuli Məmmədovun mətbuat konfransı olub. 

Məmmədov 0:1 hesabı ilə məğlub olduqları oyunu belə şərh edib:

"Çox maraqlı oyun oldu. Mübarizəli oyun idi. Hər iki komanda yaxşı çıxış etdi. Standart vəziyyətdən qol buraxdıq. Sonradan hücuma atıldıq. Təəssüf ki, qol vuta bilmədik. Şanslarımız da var idi, amma yararlan bilmədik. Əvəzetmələr etdik, qol epizodları yaxaladıq. Bilirdik ki, "Zirə" yaxşı komandadır. Onları təbrik edirəm.

Əlimizi aşağı salmayacağıq. Növbəti oyunlara hazırlaşacağıq. Çox çətindir, xalımız aşağıdır, turnir cədvəlinin sonuncu pilləsindəyik. Futbolçuları psixoloji hazırlamaqda çətinlik çəkirik. Qol vurmaq istəyirik, alınmır.

Bundan qabaq da belə hallar oyub. Erkən əvəzləmələr etmişik. Bu oyunda da etdik. Bunlar taktiki gedişlərdir. Hesabda geridəydik, ona görə hücumameyilli oyunçu salırıq. Oyunçunun zəif çıxışına görə bunu etmirik. Taktiki gedişlər edirik.

Çox əziyyət çəkirik. İnanın ki, mənimlə bərabər futbolçular da əziyyət çəkir. Çox istəyirəm ki, hakimlər bizim oyunlarımızda daha diqqətli olsunlar. Hər hansı xırda səhv çempionatdan kənarlaşmağımıza gətirib çıxara bilər".

"Karvan-Yevlax" növbəti turda "Araz-Naxçıvan"la qarşılaşacaq.

Son xəbərlər
“Lans”dan darmadağın
“Real” darmadağına sevindi
“Yuventus” “İnter”ə məğlub oldu
“Bayern”dən növbəti darmadağın
“Fənərbağça”dan çətin qələbə
Bakıda "İstedadların seçimi" turniri start götürüb
"Araz-Naxçıvan"la "Neftçi" 1/4 finalda
"Sabah" NTD-yə qalib gəldi
"Zirə"dən növbəti qələbə - VİDEO
"İstəyimiz avrokuboklara vəsiqə qazanmaqdır" - Rəşad Sadıqov
"Çox əziyyət çəkirik" - Füzuli Məmmədov
"Zirə" və "Qarabağ"a bir qol bəs etdi
"Qarabağ"la heç-heçə daha ədalətli nəticə olardı"
"Qarabağ" "İmişli"yə belə qalib gəldi - VİDEO
"Belə meydançada "Nyukasl"la oyuna necə hazırlaşım?" - Qurban Qurbanov
“Tottenhem” yeni baş məşqçisini açıqladı
"Kəpəz" keçmiş oyunçusunu heyətinə qatdı
Azərbaycan çempionatının qalibləri bəlli oldu
"Neftçi" "Şəki"yə qalib gəldi
Yüksək Liqada növbəti həftənin proqramı bəlli oldu
Cüdoçular üçün Şamaxıda təlim-məşq toplanışı
Modriç A Seriyasının tarixinə düşdü
1/4 final mərhələsinin görüşləri keçiriləcək
Almaniya klubundan Bundesliqada yeni rekord
"Qarabağ"ın rəqibində ciddi itki
"Neftçi"nin əvəzedici komandasına üç legioner cəlb olundu
1/8 finala start verilir
17-ci tura yekun vurulur
"Araz-Naxçıvan" braziliyalı futzalçı ilə gücləndi
Günün oyunları – TV
DAHA ÇOX

Ən çox oxunanlar