Azərbaycan futbolu
“Kəpəz” “Neftçi”yə, “Araz-Naxçıvan” “Sumqayıt”a qarşı

15.02.2026 | 09:00
Misli Premyer Liqasında 20-ci turun oyunları keçirilir.
Sports.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutacaq.
Öncə “Kəpəz” “Neftçi” ilə qarşılaşacaq. Günün digər oyunu “Araz-Naxçıvan”la “Sumqayıt” arasında keçiriləcək.
Daha öncə “İmişli” “Qarabağ”a uduzub (0:1), “Zirə” “Karvan-Yevlax”ı məğlub edib - 1:0. “Şamaxı” – “Turan Tovuz” və “Qəbələ” – “Sabah” oyunları sabah keçiriləcək.
Misli Premyer Liqası
20-ci tur
15 fevral
“Kəpəz” – “Neftçi”
Hakimlər: Əli Əliyev, Zeynal Zeynalov, Gülnurə Əkbərzadə, Namiq Bəkirov
Yevlax şəhər stadionu, 14:30.
“Araz-Naxçıvan” – “Sumqayıt”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev
“Liv Bona dea Arena”, 17:00.
Son xəbərlər





























