“Qarabağ”a “Nyukasl”la matçda uğurlar arzulayıram” - Vernidub

“Qarabağ”a “Nyukasl”la matçda uğurlar arzulayıram” - Vernidub

“Neftçi” bu gün Azərbaycan Premyer Liqasının 20-ci turunda “Kəpəz”lə qarşılaşıb.

Sports.az xəbər verir ki, Yevlax şəhər stadionunda keçirilən matçdan sonra “ağ-qaralar”ın baş məşqçisi Yuri Vernidubun mətbuat konfransı olub. Ukraynalı mütəxəssis 3:1 hesabı ilə qalib gəldikləri oyunu belə şərh edib:

“İlk növbədə “Neftçi” azarkeşlərini təbrik edirəm. Bur neçə həftə əvvəl “Forza-Neftçi”nin ad günü idi. Həmin vaxt xəstələnmişdim və orada iştirak edə bilmədim. Ona görə də, rəhbərlikdən və azarkeşlərdən üzr istəyirəm.

Bassala Sambu və Vensan Abubakara gəlincə, hər ikisi yaxşı oyunçudur. Mənə seçim etmək çətindir. Amma bu gün hər ikisindən razı qaldım. Mənə xoşdur ki, hər ikisi qol vurur. Öz üzərlərində yaxşı çalışırlar. Bu oyundan sonra istirahətləri olacaq. Gələn həftə oyunumuz yoxdur. Rəhbərlikdən xahiş etmişəm ki, yoxlama oyunu salsınlar. Bu olmasa da, öz aramızda oyun keçirəcəyik. Çünki komandanı formada saxlamaq lazımdır.

Oyunçularla ünsiyyətdə oluram. Onların münasibəti çox yaxşıdır. Daha da çalışmalıyıq.

Qapıçıları nəzərə almasaq, hazırda heyətimizdə 23 futbolçu var. Onların hər biri məşqlərdə yaxşı çıxış edir. Mən anlayıram ki, hər birini meydana buraxa bilmərəm. Və başa düşürəm ki, həftə ərzindəki böyük toplanışların davamı olmalıdır. Bilirsiz ki, buna görə də şərait yaradıram ki, oyunçular meydanda da olsun. Yəni, uzun müddət oynamayan futbolçu ritmini itirir. Mən həmişə demişəm ki, bizim komandada ulduz yoxdur, ailə var. Komandada ulduzlar olanda onları idarə etmək çətindir.

“Qarabağ”la oyunun təxirə salınması mövzusunu artıq bağlamaq vaxtıdır. Belə deyim, özüm də rəhbərliklə görüşdüm və belə qərar verdik ki, Azərbaycan komandasına dəstək verək. Belə də qərar verdik. “Qarabağ”a “Nyukasl”la matçda uğurlar arzulayıram. Bu, Azərbaycanın xeyrinədir, onu da deyim ki, ölkə buna layiqdir.

Azarkeşsiz futbolun marağı olmur. Həmişə yanımızda olsunlar. Mən onlarla fəxr edirəm və çox sevinirəm ki, “Neftçi”nin belə böyük bir azarkeş ordusu var”.

Son xəbərlər
“Atletiko” darmadağına üzüldü
“Nitsa” Liondan xalsız qayıtdı
Neapolda məhsuldar heç-heçə
“Beşiktaş”dan çətin qələbə
“Auqsburq”a bir qol bəs etdi
Yarımfinala 3 vəsiqənin sahibi bəllidir
1/8 final mərhələsinə yekun vuruldu
“Sumqayıt” “Araz-Naxçıvan”a belə uduzdu - VİDEO
“Bu gün hamı can yandırırdı” - Demçenko
“Bu gün məğlub olmamalıydıq”
“Araz-Naxçıvan” və “Neftçi”dən qələbə
“Kəpəz” “Neftçi”yə belə uduzdu - VİDEO
“Çox “ucuz qollar” buraxırıq” - Azər Bağırov
“Qarabağ”a “Nyukasl”la matçda uğurlar arzulayıram” - Vernidub
Azərbaycan atleti Türkiyədə 5-ci oldu
145 illik rekord təkrarlandı
Avropada ən çox maaş alan 5 futbolçu
Günün oyunları – TV
"Dünya çempionu olmaq şansım var, amma illər əvvəlki qədər deyil"
"Real"dan penalti rekordu
"Nyukasl"la oyunda "Qarabağ"dan hər şey gözləmək olar"
Azərbaycan atletindən beynəlxalq turnirdə gümüş medal
Şəhriyar 1/4 finala qələbə ilə başladı
“Kəpəz” “Neftçi”yə, “Araz-Naxçıvan” “Sumqayıt”a qarşı
“Lans”dan darmadağın
“Real” darmadağına sevindi
“Yuventus” “İnter”ə məğlub oldu
“Bayern”dən növbəti darmadağın
“Fənərbağça”dan çətin qələbə
Bakıda "İstedadların seçimi" turniri start götürüb
DAHA ÇOX

Ən çox oxunanlar