“Çox “ucuz qollar” buraxırıq” - Azər Bağırov

“Çox “ucuz qollar” buraxırıq” - Azər Bağırov

“Kəpəz” bu gün Misli Premyer Liqasının 20-ci turunda “Neftçi” ilə üz-üzə gəlib.

Sports.az xəbər verir ki, 1:3 hesabı ilə məğlub olan bölgə təmsilçisinin baş məşqçisi Azər Bağırovun oyundan sonra mətbuat konfransı keçirilib. Bağırov çox “ucuz qollar” buraxdıqlarını bildirib:

“Azarkeşlərimizə təşəkkür edirəm ki, komanda məğlub olanda da yanımızdadırlar. Çalışıb gələn oyunlarda səhvsiz çıxış edib, onların etimadını doğruldarıq. Oyuna gəlincə, çox “ucuz qollar” buraxırıq. Bu da bizi məyus edir. Növbəti oyunlarda daha diqqətli olmalıyıq.

Bu gün Yusif İmanovun səhvləri var idi. Əvvəlki oyunlarda da bu olmuşdu. Təhlil edib, qərar verəcəyik. Yəqin ki, ölçü götürülər. Ohorinin gözündə bir az problem var idi, həkimə aparmışdıq. “Neftçi”yə jest etmək kimi bir fikrimiz yoxdur. İstəsəz, həkimə getməsi ilə bağlı olan qəbzləri də göstərə bilərəm.

Ceffersonun (braziliyalı futbolçu Cefferson Bentu) gedişi kluba böyük zərbə vurdu. O, komandada qalsaydı, biz bir vinger fikirləşirdik. Əfsuslar olsun ki, hələ də belə futbolçular var. Fejao (braziliyalı futbolçu Vitor Feijao) icazə ilə getmişdi. O da belə bir addım atmış olsaydı, icazə verilərdi. Ona klubun heç bir borcu da yox idi, həmçinin, çoxlu jestlər edilirdi. Amma əfsuslar olsun ki, heç cür ipə-sapa yatmırdı.

Düşünürəm ki, komanda Premyer Liqadan düşməyəcək. Öz gücümüzə inanıb o transferləri etdik.

Belə qollar olmur. Sadəcə, bu gün nədən qaynaqlandı… Yəni, belə qollar olmur. Mən onu təsadüfə bağlamaq istəyirəm, bundan sonra daha diqqətli olmaq lazımdır.

Məqsəd İsayevin qırmızı vərəq almasını psixoloji durumla bağlayıram. Əsəblər gərilmişdi”.

Son xəbərlər
“Atletiko” darmadağına üzüldü
“Nitsa” Liondan xalsız qayıtdı
Neapolda məhsuldar heç-heçə
“Beşiktaş”dan çətin qələbə
“Auqsburq”a bir qol bəs etdi
Yarımfinala 3 vəsiqənin sahibi bəllidir
1/8 final mərhələsinə yekun vuruldu
“Sumqayıt” “Araz-Naxçıvan”a belə uduzdu - VİDEO
“Bu gün hamı can yandırırdı” - Demçenko
“Bu gün məğlub olmamalıydıq”
“Araz-Naxçıvan” və “Neftçi”dən qələbə
“Kəpəz” “Neftçi”yə belə uduzdu - VİDEO
“Çox “ucuz qollar” buraxırıq” - Azər Bağırov
“Qarabağ”a “Nyukasl”la matçda uğurlar arzulayıram” - Vernidub
Azərbaycan atleti Türkiyədə 5-ci oldu
145 illik rekord təkrarlandı
Avropada ən çox maaş alan 5 futbolçu
Günün oyunları – TV
"Dünya çempionu olmaq şansım var, amma illər əvvəlki qədər deyil"
"Real"dan penalti rekordu
"Nyukasl"la oyunda "Qarabağ"dan hər şey gözləmək olar"
Azərbaycan atletindən beynəlxalq turnirdə gümüş medal
Şəhriyar 1/4 finala qələbə ilə başladı
“Kəpəz” “Neftçi”yə, “Araz-Naxçıvan” “Sumqayıt”a qarşı
“Lans”dan darmadağın
“Real” darmadağına sevindi
“Yuventus” “İnter”ə məğlub oldu
“Bayern”dən növbəti darmadağın
“Fənərbağça”dan çətin qələbə
Bakıda "İstedadların seçimi" turniri start götürüb
DAHA ÇOX

Ən çox oxunanlar