Azərbaycan futbolu
"Qarabağ" - "Nyukasl" oyununu norveçli hakim idarə edəcək

16.02.2026 | 14:20
Bakıda "Qarabağ" və İngiltərənin "Nyukasl" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununu norveçli hakimlər idarə edəcək.
Sports.az xəbər verir ki, qarşılaşmanın baş hakimi Espen Eskas olacaq.
Qeyd edək ki, görüş fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.
Son xəbərlər





























