Qurban Qurbanovun mətbuat konfransının vaxtı bilindi

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Nyukasl” qarşılaşmasından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub.
Sports.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı fevralın 17-də, saat 17:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Saat 17:30-da isə “Qarabağ”ın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqə) eyni arenada keçiriləcək.
Qonaq komandanın baş məşqçisi Eddi Hounun mətbuat konfransı saat 20:30-da start götürəcək. “Nyukasl”ın ilk 15 dəqiqəsi media üçün açıq olacaq məşqi isə 21:00-da başlayacaq.
Fevralın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Nyukasl Yunayted” oyunu saat 21:45-də start götürəcək.





























