Azərbaycan futbolu
“Ədalətli nəticə oldu” - Berdıyev

16.02.2026 | 17:00
“Turan Tovuz” bu gün Misli Premyer Liqasının 20-ci turunda “Şamaxı”nın qonağı olub.
Sports.az xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən oyundan sonra bölgə təmsilçisinin baş məşqçisi Kurban Berdıyevin mətbuat konfransı keçirilib.
Türkmənistanlı çalışdırıcı 0:0 hesabı ilə başa çatan matçı belə şərh edib:
“Ədalətli nəticə oldu. Heç bir komanda qol vəziyyətləri yarada bilmədi. Təəssüf ki, əvəzetmələr də uğurlu olmadı. “Şamaxı”nın müdafiəsi daha yaxşı oynadı. Amma istənilən halda, biz vəziyyətlər yarada bilmədik. Nələrin üzərində işləmişdiksə, onları edə bilmədik.
Yeni transfer Mark çoxdandır məşq etmirdi. Yeni-yeni formaya düşməyə başlayıb. Ümid edirəm ki, bizə çox kömək edəcək”.
Son xəbərlər





























