“Qəbələ” bu gün 1 xala layiq idi” - Dambrauskas

“Qəbələ” bu gün 1 xala layiq idi” - Dambrauskas

"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının 20-ci turu çərçivəsində səfərdə qarşılaşdıqları "Qəbələ" ilə oyundan sonra fikirlərini bölüşüb.

Sports.az xəbər verir ki, o, 1:0 hesabı ilə qalib gəldikləri matçı belə şərh edib:

“Oyuna görə hər iki komandaya təşəkkür edirəm. "Qəbələ" çox yaxşı komandadır. Onların oyununda həqiqətən də məşqçi işi görünür. "Qəbələ" turnir cədvəlinin daha yuxarı pillələrində olmağa layiqdir. İstədiklərimizi həyata keçirmək üçün 20-25 dəqiqə vaxt lazım oldu. Rəqibin oturuşmuş müdafiəsini yarmaq çox çətin idi. Birinci hissədə bir qol fürsətimiz oldu. İkinci yarıda müəyyən düzəlişlər etdik. Xüsusən də ikinci hissənin əvvəlində yaxşı çıxış etdik. Qol da vurduq. İkinci qolu da vura bilərdik. Matçın son dəqiqələri bizim üçün çətin keçdi. Son 10 dəqiqədə "Qəbələ" tam heyətlə irəli atıldı. Onlar xoş sözlərə layiqdir. Bəlkə də "Qəbələ" bu gün 1 xala layiq idi. Qapıçımız möhtəşəm qurtarış etdi. Nəticədə 3 xal qazanan tərəf biz olduq. Futbolçularımı təbrik edirəm. Artıq "Kəpəz"lə oyuna hazırlaşmalıyıq.

Biz sadəcə növbəti məşqə və qarşıdakı oyuna köklənirik. Heç vaxt liderlik barədə danışmırıq, turnir cədvəlinə baxmırıq. Öz inkişafımıza fokuslanmışıq. Səhvlərimizi təhlil edirik. 

Harada işləyirəmsə, maraqlı və qəribə təsadüflə qarşılaşıram. Bolqarıstanda çalışanda Litva onlarda eyni qrupa düşdü. Kiprdə də həmçinin. İndi də Azərbaycanda belə hal oldu. Hər iki milli komanda haqda xoş sözlər deyə bilərəm. Əsas mübarizə Azərbaycanla Litva arasında olacaq. Bu sözləri Lixtenşteyn yığmasına hörmətlə yanaşaraq deyirəm. Hansı futbolçuların oynayacağı çox önəmlidir. Litva millisində çoxlu keyfiyyətli oyunçular var. Amma onlardan biri zədələnsə, komandaya çox böyük təsir göstərə bilər. Bizim "Çelye"də çıxış edən güclü hücumçumuz var. O, ağır zədə alıb. Xırda detallar oyunun taleyini həll edəcək. Azərbaycan yığmasında "Qarabağ"da çıxış edən təcrübəli futbolçular var. Litvanı da unutmayaq. Gənc və uğura ac komandadır. Yaxşı məşqçilər heyəti var. Onu da deyim ki, Litva millisi oyunlara hazırlaşarkən mənim köməyimə ehtiyacları olmayacaq. Müasir dövrdə bütün oyunları izləmək olur. İki gərgin oyun bizi gözləyir”.

Son xəbərlər
“Bayern”in müdafiəçisi Premyer Liqaya keçə bilər
“Çelsi” “Yuventus”la oyunçu mübadiləsinə hazırdır
MS “Nottingem Forest”in ulduzu ilə maraqlanır
“Çelsi” Uortona olan marağından daşındı
ACF Kuboku keçirilib
“Sayılmayan qolumuz qaydalar çərçivəsində vurulmuşdu”
“Qəbələ” bu gün 1 xala layiq idi” - Dambrauskas
Azərbaycan millisi ilk dəfə FIBA Çempionlar Kubokunda!
“Qəbələ” “Sabah”a belə uduzdu - VİDEO
Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşdi
“Sabah”dan Qəbələdə növbəti qələbə
"Arsenal" məğlubiyyətsiz oyunlar seriyasını altıya çatdırdı
“Şamaxı” və “Turan Tovuz”dan qolsuz heç-heçə - VİDEO
Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçildi
“Sabah” Gürcüstanda beynəlxalq turnirin qalibi oldu
“Ucaboy oyunçumuz olmadığına görə dəyişikliklər edə bilmədik”
“Ədalətli nəticə oldu” - Berdıyev
AFFA rəsmisi “Qalatasaray” – “Yuventus” oyununda
Azərbaycan çempionatı başa çatdı
Qasımovadan Füceyrada qızıl medal
“Arsenal”dan yeni rekord
Qurban Qurbanovun mətbuat konfransının vaxtı bilindi
3-cü dövrənin ilk turunun oyun cədvəli açıqlandı
Oyuna çıxmayan komandaya texniki məğlubiyyət verildi
"Qarabağ" - "Nyukasl" oyununu norveçli hakim idarə edəcək
1-ci Liqa klubları cərimələndilər
Günün oyunları – TV
1-ci Liqada 15-ci turun təyinatları açıqlandı
İlk dəfə keçirilən şahmat növündə dünya çempionu oldu
AVF seleksiya prosesinə start verib
DAHA ÇOX

Ən çox oxunanlar