“Nyukasl”la oyunun vacibliyini bilirik” – Tahir Gözəl

“Nyukasl”la oyunun vacibliyini bilirik” – Tahir Gözəl

"Qarabağ"ın prezidenti Tahir Gözəl jurnalistlərə açıqlama verib.

Sports.az xəbər verir ki, o, Bakıda İngiltərənin "Nyukasl" komandasına qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunu barədə fikirlərini bölüşüb:

"Avropada bir çox klubların büdcəsi bizdən çoxdur. 2000-dən çox klubun arasında "24-lük"dəyik. Bu, möcüzədir. Hamımız qürurluyuq. "Qarabağ" sıx qrafiklə oynayır. Futbolçular yorğun olsalar da, motivasiya yüksək səviyyədədir. Sabahkı oyunun vacibliyini bilirik. Rəqibin büdcəsi bizimkindən bir neçə dəfə çoxdur. Nəticənin necə olacağını deyə bilmərik. Bu mərhələyə möhtəşəm baş məşqçimiz Qurban Qurbanov, futbolçular, Prezident İlham Əliyev və xalqımızın dəstəyi sayəsində gəlmişik".

Klub prezidenti Misli Premyer Liqasında da çempion olmaq istədiklərini sözlərinə əlavə edib:

"Üç gündən bir oyun keçiririk. "Sabah" möhtəşəm heyət qurub. Güclü rəqibdir. Azərbaycan çempionatının səviyyəsi artır. Amma bəzi stadionların durumunu görəndə üzülürük. Klub prezidenti kimi arzum odur ki, yaxşı infrastruktura da malik olaq. "Qarabağ" savaşan komandadır. Növbəti mövsüm UEFA Konfrans Liqasına düşsək, orada da sonadək getmək niyyətindəyik".

Görüş fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.

Son xəbərlər
Rəhim Həsənovdan 20-ci turun mübahisəli epizodlarına şərh - VİDEO
Yarımfinalın ilk partiyaları keçirilib
“Playmakers” layihəsi davam edir
“Leypsiq”in hücumçusuna maraq artır
Azərbaycanlı atlet Türkiyədə çempion oldu
“Qarabağ”ı yaxşı təhlil etmişik” – Eddi Hau
“Qarabağ” qeyri-adi komandadır” - “Nyukasl”ın futbolçusu
“Gənclər”dən bir gündə iki məğlubiyyət
“Nyukasl”la oyunun vacibliyini bilirik” – Tahir Gözəl
Qrinvud Premyer Liqaya qayıtmaq istəyir
Yüksək Liqada 11-ci turun təyinatları açıqlandı
Millimizin üzvləri üçün maarifləndirici seminar
“Livepul” və “Çelsi” “Nottingem Forest”in müdafiəçisi ilə maraqlanırlar
Azərbaycan oxatanları AÇ-də növbəti mərhələyə yüksəldilər
“FIFA Series - 2026”nın təqvimi müəyyənləşdi
“Aston Villa” “Mançester Siti”nin qapıçısı ilə maraqlanır
“Nyukasl”a Bakıda qalib gəlmək istəyirik” - Qurban Qurbanov
“Traktor”da yeni baş məşqçi
“Nyukasl”ın zəif cəhətlərindən istifadə etməyə çalışacağıq”
“Zirə”dən Rusiya klubuna
Əliyar Ağayevə UEFA-dan növbəti təyinat
“Arsenal” “Leypsiq”in hücumçusu ilə maraqlanır
Zümrüd Ağayevaya UEFA-dan təyinat
“Traktor”un baş məşqçisi postundan ayrıldı
Vinisus baş məşqçisindən məmnundur
Mövsümün antirekordu
“Üzərində işləməli olduğumuz nüanslar kifayət qədərdir”
Kasado “Barselona”dan ayrıla bilər
“Qarabağ” turu qələbəsiz başa vurdu
“Qarabağ”ın oyununa görə metroda iş vaxtı uzadılacaq
DAHA ÇOX

Ən çox oxunanlar