Azərbaycan futbolu
“Qarabağ” “Nyukasl”a qarşı

18.02.2026 | 09:00
“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti oyununa çıxacaq.
Sports.az xəbər verir ki, Azərbaycan çempionu pley-off mərhələsi çərçivəsində İngiltərənin “Nyukasl” komandası ilə qarşılaşacaq.
İlk oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu görüşü Norveçdən olan FİFA referisi Espen Eskos idarə edəcək.
1/8 finala vəsiqə yolunda “Qarabağ”ın ilk oyunu qalib başa vurması böyük önəm kəsb edir. Əks halda “Nyukasl” kimi güclü komandanı səfərdə mübarizədən kənarlaşdırmaq çətinləşəcək.
UEFA Çempionlar Liqası
Pley-offun ilk oyunu
18 fevral
“Qarabağ” - “Nyukasl”
Baş hakim: Espen Eskos (Norveç).
Tofiq Bəhramov adına Respublika stadionu. Saat 21:45.
Son xəbərlər





























