AFFA 6 komandaya texniki məğlubiyyət verdi

AFFA 6 komandaya texniki məğlubiyyət verdi

AFFA Azərbaycanın aşağı yaş qruplarından ibarət çempionatlarında, həmçinin Region Liqasında çıxış edən 6 komandanı texniki məğlubiyyətlə cəzalandırıb.

Sports.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Region Liqasında bir neçə oyun komandaların təyin olunan vaxtda meydanda olmaması səbəbindən baş tutmayıb. "Hacıqabul" – "Ucar" matçında "Ucar"a, "Samur" – "Çinar Zəngilan" qarşılaşmasında "Çinar Zəngilan"a, "Ağsu Siti" – "İmişli Bələdiyyəspor" görüşündə isə qonaq komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.

Bundan əlavə, "Mərcanlı" – "Beyləqan" oyunu 42-ci dəqiqədə "Mərcanlı"nın meydanı tərk etməsi səbəbindən yarımçıq qalıb. Bu hərəkətə görə meydan sahiblərinə texniki məğlubiyyət verilib, lakin mövcud hesab olduğu kimi saxlanılıb.

U-14 Liqasında da bənzər hallar yaşanıb. "Ağdam" – "Kürdəmir" oyununa gəlməyən "Kürdəmir" komandasına və MOİK – "Yasamal Bakı" matçında meydanda olmayan qonaq kollektivə 0:3 hesablı texniki məğlubiyyət verilib.
 

Son xəbərlər
“Arsenal” autsayderlə bacarmadı
“Milan” evdə xal itirdi
“Vilyarreal”a bir qol bəs etdi
“İlk qollardan sonra futbolçular nokauta düşdülər” - Qurban Qurbanov
“Qarabağ”la cavab matçımız ciddi keçəcək” – Eddu Hau
“Qarabağ” “Nyukasl”a ilk oyunda məğlub oldu
“Arsenal” PSJ-nin ulduzuna göz dikib
“Azərreyl” “Ordu”ya uduzdu
“Sabah” “Quba”nı məğlub etdi
“Liverpul” hücumçusunu satmağa hazırdır
Finalçılar məlum oldu
Liqa 1 klubunda yeni baş məşqçi
“Aston Villa”nın yarımmüdafiəçisi nəhənglərin diqqət mərkəzində
Azərbaycan cüdoçuları üçün seminar
Azərbaycan xizəkçisi Olimpiadada 51-ci oldu
“İnter”in hücumçusu La Liqaya keçə bilər
Final oyununun vaxtı açıqlandı
Premyer Liqanın 21-ci turu rəqəmlərin gözü ilə
MY Raşfordla bağlı qərar qəbul etdi
“Səbail”lə “Cəbrayıl” uduzdu
Azərbaycan Kubokunun 1/4 final mərhələsinə start verildi
“Liverpul” Salaha ən mükəmməl əvəz tapıb
AFFA-nın təşəbbüsü ilə qanvermə aksiyası keçirilib
Azərbaycan Premyer Liqasının dünya reytinqindəki yeni mövqeyi bilindi
“Atletiko” əsas ulduzuna təklif ünvanladı
Təxirə salınan oyun rəqəmlərin gözü ilə
Cüdoçular arasında Liqa yarışının ilk turu keçiriləcək
Azərbaycan təmsilçisi Qış Olimpiya Oyunlarının nöbəti mərhələsində
“Atletiko” baş məşqçisi ilə bağlı qərar qəbul etdi
Hakimə təzyiq edən baş məşqçi və futbolçuya 8 oyunluq cəza
DAHA ÇOX

Ən çox oxunanlar