Hakimə təzyiq edən baş məşqçi və futbolçuya 8 oyunluq cəza

Hakimə təzyiq edən baş məşqçi və futbolçuya 8 oyunluq cəza

Region Liqasında çıxış edən "Sabirabad" komandasının baş məşqçisi Şirxan Əkbərov və futbolçusu Beyrək Beybutlu 8 oyunluq cəza alıb.

Sports.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Ş.Əkbərov "Olimpik"lə (Sabirabad) qarşılaşmada meydana daxil olaraq hakimə fiziki təzyiq etdiyi üçün bu cəza ilə üzləşib.

B.Beybutlu isə 83-cü dəqiqədə perspektivli hücumun qarşısını aldığına görə ikinci sarı vərəqə ilə cəzalandırılaraq meydandan qovulub. Bundan sonra o, hakimə fiziki təzyiq (itələmə, dartma) etdiyi üçün növbəti 8 matçda iştirak etməyəcək.

Bu matçda meydana kənar şəxs də daxil olub və hakimə təzyiq göstərib, "Sabirabad" klubu buna görə xəbərdarlıq alıb.

Həmin matçda stadionda təhlükəsizlik təmin olunmadığına görə (3 polis nəfəri) qarşılaşma 84-cü dəqiqədə yarımçıq qaldığı üçün oyun saxlanıldığı vaxtdan davam etdiriləcək.

Son xəbərlər
“Arsenal” autsayderlə bacarmadı
“Milan” evdə xal itirdi
“Vilyarreal”a bir qol bəs etdi
“İlk qollardan sonra futbolçular nokauta düşdülər” - Qurban Qurbanov
“Qarabağ”la cavab matçımız ciddi keçəcək” – Eddu Hau
“Qarabağ” “Nyukasl”a ilk oyunda məğlub oldu
“Arsenal” PSJ-nin ulduzuna göz dikib
“Azərreyl” “Ordu”ya uduzdu
“Sabah” “Quba”nı məğlub etdi
“Liverpul” hücumçusunu satmağa hazırdır
Finalçılar məlum oldu
Liqa 1 klubunda yeni baş məşqçi
“Aston Villa”nın yarımmüdafiəçisi nəhənglərin diqqət mərkəzində
Azərbaycan cüdoçuları üçün seminar
Azərbaycan xizəkçisi Olimpiadada 51-ci oldu
“İnter”in hücumçusu La Liqaya keçə bilər
Final oyununun vaxtı açıqlandı
Premyer Liqanın 21-ci turu rəqəmlərin gözü ilə
MY Raşfordla bağlı qərar qəbul etdi
“Səbail”lə “Cəbrayıl” uduzdu
Azərbaycan Kubokunun 1/4 final mərhələsinə start verildi
“Liverpul” Salaha ən mükəmməl əvəz tapıb
AFFA-nın təşəbbüsü ilə qanvermə aksiyası keçirilib
Azərbaycan Premyer Liqasının dünya reytinqindəki yeni mövqeyi bilindi
“Atletiko” əsas ulduzuna təklif ünvanladı
Təxirə salınan oyun rəqəmlərin gözü ilə
Cüdoçular arasında Liqa yarışının ilk turu keçiriləcək
Azərbaycan təmsilçisi Qış Olimpiya Oyunlarının nöbəti mərhələsində
“Atletiko” baş məşqçisi ilə bağlı qərar qəbul etdi
Hakimə təzyiq edən baş məşqçi və futbolçuya 8 oyunluq cəza
DAHA ÇOX

Ən çox oxunanlar