“İlk qollardan sonra futbolçular nokauta düşdülər” - Qurban Qurbanov

“İlk qollardan sonra futbolçular nokauta düşdülər” - Qurban Qurbanov

Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün pley-off mərhələsində "Nyukasl"la ilk matçına çıxıb. Matç qonaqların 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Sports.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

"Doğma meydanda belə bir məğlubiyyət almaq istəməzdik. Artıq elə bir səviyyədə çıxış edirik ki, burada belə məğlubiyyətlər qaçınılmazdır. İlk qollar buraxdıqdan sonra futbolçularım boks dilində desək nokauta düşdülər. Məğlubiyyətə baxmayaraq, azarkeşlər sonadək yanımızda oldular, birliyimizi göstərdilər, onlara təşəkkür edirəm. Bu il futbol ölkəmizdə daha da populyarlaşdı."

- Matçın fasiləsində futbolçulara nə dediniz və növbəti matçda rotasiyalara getmək kimi fikriniz varmı?

- Futbolçuları sakitləşdirməklə məşğul idim. Belə davam etməməli olduqlarını söylədim. Rotasiyaları düşünmürəm. Qarşıda cavab oyunumuz var. 3-4 məşqimiz olacaq, daha da yaxşı hazırlaşmalıyıq. Qarşımızda səhvləri bağışlamayan rəqib var. Bunu yaddan çıxarmaq olmaz. 

- Bəhlul Mustafazadənin zədəsi haqda məlumat varmı?

- Sabah dəqiq bilinəcək. Əzəli dartılması kimi görünsə də, sabah aparılacaq müayinələrdən sonra klub tərəfindən məlumat veriləcək. 

- Hər bir klubun başında "qara buludlar" olduğu dönəmlər olur. "Qarabağ" da hazırda bunu yaşayır deyə bilərik. Sizcə bu məğlubiyyət pley-off mərhələsinin eyforiyası idi, yoxsa fiziki durumun tükənişi?

- Mənim fikirlərim özünü sığortalamaq kimi düşünülə bilər. Amma bu belə deyil. Hər oyun keçdikcə rəqiblərin gücü fərqli olur. Pley-off mərhələsinə kimi çıxmışıqsa, bunu müəyyən uğur kimi qəbul etmək olar. Bu səviyyələrdə oynayanda bu kimi məğlubiyyətlərə də hazır olmalıyıq. Futbolumuzun da inkişafı üçün mu məğlubiyyətlər qaçınılmazdır. Azarkeşlərin sona qədər stadionu tərk etməyib bizi dəstəkləməkləri təqdirəlayiqdir. Rəqibə də göstərdik ki, biz məğlub ola bilərik, amma ayrıla bilmərik. 

- "Nyukasl"ın pressinqinə qarşı oyun planınız nə idi?

- Biz bu gün bacardığmızın daha yaxşısını etməyə çalışdıq. Qarşımızdakı rəqibə görə futbolçularımda bu gün həyacan da var idi. (Sportal)

Son xəbərlər
“İnter” uduzdu,“Atletiko” heç-heçə ilə kifayətləndi
“Arsenal” autsayderlə bacarmadı
“Milan” evdə xal itirdi
“Vilyarreal”a bir qol bəs etdi
“İlk qollardan sonra futbolçular nokauta düşdülər” - Qurban Qurbanov
“Qarabağ”la cavab matçımız ciddi keçəcək” – Eddu Hau
“Qarabağ” “Nyukasl”a ilk oyunda məğlub oldu
“Arsenal” PSJ-nin ulduzuna göz dikib
“Azərreyl” “Ordu”ya uduzdu
“Sabah” “Quba”nı məğlub etdi
“Liverpul” hücumçusunu satmağa hazırdır
Finalçılar məlum oldu
Liqa 1 klubunda yeni baş məşqçi
“Aston Villa”nın yarımmüdafiəçisi nəhənglərin diqqət mərkəzində
Azərbaycan cüdoçuları üçün seminar
Azərbaycan xizəkçisi Olimpiadada 51-ci oldu
“İnter”in hücumçusu La Liqaya keçə bilər
Final oyununun vaxtı açıqlandı
Premyer Liqanın 21-ci turu rəqəmlərin gözü ilə
MY Raşfordla bağlı qərar qəbul etdi
“Səbail”lə “Cəbrayıl” uduzdu
Azərbaycan Kubokunun 1/4 final mərhələsinə start verildi
“Liverpul” Salaha ən mükəmməl əvəz tapıb
AFFA-nın təşəbbüsü ilə qanvermə aksiyası keçirilib
Azərbaycan Premyer Liqasının dünya reytinqindəki yeni mövqeyi bilindi
“Atletiko” əsas ulduzuna təklif ünvanladı
Təxirə salınan oyun rəqəmlərin gözü ilə
Cüdoçular arasında Liqa yarışının ilk turu keçiriləcək
Azərbaycan təmsilçisi Qış Olimpiya Oyunlarının nöbəti mərhələsində
“Atletiko” baş məşqçisi ilə bağlı qərar qəbul etdi
DAHA ÇOX

Ən çox oxunanlar