“Turan Tovuz” “Zirə”yə, “Sumqayıt” “Qəbələ”yə qarşı

Bu gün Misli Premyer Liqasında 21-ci tura start veriləcək.
Sports.az xəbər verir ki, ilk gündə 2 oyun keçiriləcək.
Əvvəlcə “Turan Tovuz” “Zirə” ilə qarşılaşacaq. Oyunun baş hakimi Rəvan Həmzəzadə olacaq.
Daha sonra “Sumqayıt” doğma meydanda “Qəbələ” ilə üz-üzə gələcək. Görüşün baş hakimi Fərid Hacıyev olacaq.
Bu turun “Neftçi” – “Qarabağ” matçı təxirə salınıb. “Karvan” – “Araz-Naxçıvan” matçı 21 fevralda, “İmişli” – “Şamaxı” və “Sabah” – “Kəpəz” oyunları 22 fevralda keçiriləcək.
Misli Premyer Liqası
21-ci tur
20 fevral
“Turan Tovuz” – “Zirə”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Əkbər Əhmədov.
“Azersun Arena”, 17:00.
“Sumqayıt” – “Qəbələ”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:30.





























