Premyer Liqanı “İdman TV" də göstərəcək

Premyer Liqanı “İdman TV" də göstərəcək

AFFA, “CBC Sport” və “İdman TV” birgə bəyanat yayıblar.

Sports.az xəbər verir ki, bəyanatda bunlar qeyd edilib:

“Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ölkənin ali futbol qurumu olaraq, futbolun kütləviliyinin artırılmasını, dünyada bir nömrəli idman növünün daha geniş auditoriyaya çatdırılmasını və yayım keyfiyyətinin yüksəldilməsini hər zaman prioritet vəzifə hesab edib. Bu mənada əsas diqqət mərkəzində daim ölkə çempionatı dayanıb.

Misli Premyer Liqasının yayım coğrafiyasını genişləndirmək məqsədilə AFFA turnirin eksklüziv yayımçısı “CBC Sport” və ölkənin ilk idman telekanalı olan “İdman TV” rəhbərliyi ilə müzakirələr aparıb. Danışıqların nəticəsi olaraq qərara alınıb ki, bu mövsümdən etibarən Misli Premyer Liqasının hər turundan bir qarşılaşma “CBC Sport”la paralel olaraq “İdman TV” vasitəsilə də canlı yayımlansın.

Yeni əməkdaşlıq çərçivəsində ilk yayımın 22-ci turda keçiriləcək “Qarabağ” – “Sabah” matçı olması nəzərdə tutulur. Danışıqların uğurla yekunlaşmasını və hər iki telekanalın məsələyə göstərdiyi həssas yanaşmanı yüksək qiymətləndirən AFFA rəhbərliyi həmkar tərəfdaşlarına təşəkkür edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayır.

Yayımın təşkili və ümumi prosesin tənzimlənməsi ilə bağlı texniki detallar telekanallar tərəfindən qarşılıqlı razılaşma əsasında həyata keçiriləcək”.

Son xəbərlər
Azərbaycanda bu federasiyasının adı dəyişdirildi
1/4 finalın cavab oyunlarının proqramı müəyyənləşdi
Konate gözələmə mövqeyi tutub
“Sabah”da yeni futbolçu
80-ci qol
“Mingəçevir”in baş məşqçisinə 4 oyunluq cəza
“Turan Tovuz” “Zirə”yə qarşı - YENİLƏNİR
“Barselona” hücumçusu ilə bağlı narahatlıq keçirir
Azərbaycan UEFA reytinqində bir pillə gerilədi
Premyer Liqanı “İdman TV" də göstərəcək
PSJ Mbappeyə borcundan 4 milyon avro ödəyib
“Borussiya”nın müdafiəçisi nəhənglərin diqqət mərkəzindədir
“Barselona”nın sabiq futbolçusu Nərimanla komanda yoldaşı oldu
“İmişli” heyətini yeni futbolçu ilə gücləndirdi
“Bornmut”un müdafiəçisi “Barselona”ya keçmək istəyir
Hakimlər Komitəsinin təşkilatçılığı ilə seminar keçirilib
Boksçularımız üçün ilin ilk beynəlxalq sınağı
Arteta Premyer Liqada nəticə qazanmağı çətin olduğunu düşünür
Yarımfinal oyunları keçiriləcək
Millimiz Moldova ilə yoxlama oyunları keçirəcək
“Barselona” Kasado ilə müqaviləsini yeniləmək istəyir
Yüksək Liqada 14-cü tura yekun vurulur
Millimiz Beynəlxalq İnkişaf Turnirində ikinci oyununa çıxacaq
PSJ “Aston Villa”nın yarımmüdafiəçisi ilə maraqlanır
Günün oyunları – TV
Leao “Komo” ilə heç-heçəni şərh etdi
Qrinvud nəhəng klubların gizli maraq dairəsindədir
“Milan” yaxşı gəlir götürdü
Kubarsi “Atletiko” ilə cavab oyununda geri-dönüşə inanır
“Liverpul” “Aston Villa”nın yarımmüdafiəçisi ilə maraqlanır
DAHA ÇOX

Ən çox oxunanlar