“Karvan-Yevlax” “Araz-Naxçıvan”a qarşı - YENİLƏNİR

Misli Premyer Liqasında 21-ci turun oyunları keçirilir.
Sports.az xəbər verir ki, bu gün bir oyun baş tutacaq.
“Karvan-Yevlax” “Araz-Naxçıvan”ı qəbul edəcək. Yevlaxda keçiriləcək oyunu İnqilab Məmmədov idarə edəcək.
Daha öncə “Turan Tovuz” “Zirə”yə qalib gəlib (2:0), “Sumqayıt” – “Qəbələ” matçında qalib müəyyənləşməyib – 0:0. “İmişli” – “Şamaxı” və “Sabah” – “Kəpəz” görüşləri sabah keçiriləcək. “Neftçi” – “Qarabağ” matçı isə təxirə salınıb.
Misli Premyer Liqası
21-ci tur
21 fevral
“Karvan-Yevlax” – “Araz-Naxçıvan” 0:0 (1-ci hissə)
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Ruslan Quliyev.
Yevlax şəhər stadionu, 14:30.
Karvan-Yevlax: 99. Pedro Mateus, 6. Vadim Abdullayev (k), 33. Eltun Turabov, 14. Uğur Cahangirov, 16. Rauf Rüstəmli, 5. Emin Rüstəmov, 2. Şakil Sno, 11. Kayl Spens, 37. Mois Nqvisani, 19. Tompson Qavi, 21. İmani Barker.
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov, 25. Əmrah Bulud, 32. Elvin Yunuszadə, 42. İbrahim Qədirzadə, 13. Vüsal Məsimov, 17. Samir Abdullayev, 8. Peter Kinqs, 10. Samuel Durrant, 4. Olavale Doyeni.
Baş məşqçi: Füzuli Məmmədov.
Araz-Naxçıvan: 12. Kristian Avram, 3. Bəxtiyar Həsənalızadə (k), 5. Slavik Alxasov, 8. Coşqun Diniyev, 4. Rahil Məmmədov, 26. Ömər Buludov, 24. Mustafa Əhmədzadə, 16. Ramon Maçado, 6. Patrik Andrade, 7. Hamidu Keyta, 10. Felipe Santos.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 14. Ülvi İsgəndərov, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 11. Ba-Muaka Simakala, 77. Bruno Franko, 70. Çarlz Boli, 19. Bar Kohen.
Baş məşqçi: Andrey Demçenko.





























