“Futbolçularımız qələbə qazanmaq üçün hər şey etdilər” – Demçenko

"Araz-Naxçıvan"ın baş məşqçisi Andrey Demçenko Premyer Liqanın 21-ci turu çərçivəsində səfərdə "Karvan-Yevlax"a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Sports.az xəbər verir ki, o, 2:0 hesablı qələbəni belə şərh edib:
“Futbolçularıma demişdim ki, çətin oyun olacaq. "Karvan-Yevlax" elə vəziyyətdədir ki, onların itiriləsi heç nəyi yoxdur, ölümə qədər döyüşəcəkdilər. Komandama dedim ki, rəqibi qiymətləndirmək lazımdır. Birinci hissədə istədiklərimizi tam olaraq edə bilmirdik. Belə vəziyyətdə səbirli olub şansını gözləmək lazımdır. Səbirli olub əks-hücumda qol vurduq. İkinci hissədə bir az fərqli oynadıq. Rəqibə oynamaq üçün məsafə verməməyə çalışdıq. Futbolçularıma təşəkkürümü bildirdim. Qələbə qazanmaq üçün hər şey etdilər. Hələ rahat ola bilmərik. Qarşıda oyunlarımız var.
Felipe Santosun yaxşı oyun keyfiyyətləri var. Hər şey çox sadədir. O, öz üzərində daha çox işlədi və əsas heyətə qayıtdı”.





























