“Nyukasl”la oyun haqda danışacaq çox şey yoxdur” - Qurbanov

“Nyukasl”la oyun haqda danışacaq çox şey yoxdur” - Qurbanov

“Qarabağ” sabah UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında “Nyukasl”ın qonağı olacaq.

Sports.az xəbər verir ki, ingilislərlə oyundan bir gün əvvəl “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. 

Qurbanov Bakıda təşkil olunan konfransda sabahkı matçla bağlı danışılacaq çox şey olmadığını deyib:

“Cavab oyununa çıxırıq. İlk nəticəyə görə bu haqda danışmaq asan deyil. Yəqin ki, ingilis jurnalistlər də bizi dinləyir.

Oyuna gəlincə, danışacaq çox şey yoxdur. Amma ümumən, belə pis hazırlaşmadıq, mübarizə apacağıq. Çalışacağıq ki, cavab oyununda özümüzü yaxşı tərəfdən göstərək.

Bu oyunda rəqib həddindən artıq hazırlıqlı idi. Ondan əvvəlki oyunlarında elə performanslı deyildilər. Son turlarda isə nisbətən formaya düşmüşdülər. İkinci hissədə paltardəyişmə otağında oyunçularla danışdıq. Ona görə də, bəlkə, biraz daha diqqətli oldular. Amma bu sistem, hansı ki, 1-5-4 sistemi məni cəlb edən sistemlərdən idi.

Belə hallar bizdə olub. Sadəcə, bu oyundan sonra bərpa olunmağa vaxt lazım idi. Mənə burdakı hazırlıq vacib idi. Bizimlə oynamağa gələn rəqiblərin də belə planları olub. Orada (İngiltərədə) sabah səhər məşqimiz olacaq. Vaxt baxımından belə varianta əl atdıq.

Mərkəz müdafiəçisi mövqeyi ilə bağlı isə, kim daha hazırlıqlı olarsa, o da meydana çıxacaq.

Toral Bayramovun penalti epizodunda gülməsinə qaldıqda isə, ola bilər ki, həmin ana kimi hansısa başqa nəyisə müzakirə edib gülürdülər. Amma istənilən halda, ona fikrimi bildirdim.

“Neftçi” rəhbərliyinə bir daha təşəkkür edirəm, hansı ki, ikinci xahişimizdən sonra (“Neftçi” – “Qarabağ” matçının təxirə salınması) belə qərar verdilər. Nəticəni qabaqcadan biz hardan bilərdik? Rəqibin adı bəlli, çıxış etdiy çempionat bəlli. Biz sadəcə bu oyuna daha yaxşı hazırlaşmaq üçün belə addım atdıq. Bizim onlarla hazırlığımız müqayisəolunmazdır. Onlar illərlə belə hallarla rastlaşıb. Bizim o qədər problemlərimiz var ki, xırdalıqlara getmək istəmirəm. Məncə, çox da müzakirə olunası bir məsələ deyil.

Ayxan Abbasov maraqlı açıqlama verib (gülür). Mən meydançanı demişdim (“Şamaxı”nın stadionunun ot örtüyü haqda), o qapıları bildirib. Şərhim yoxdur, fikir bildirməyəcəm”.

Baş məşqçi “Nyukasl”a matçda zədə alan Bəhlul Mustafazadənin durumu haqda da danışıb:

“Bəhlul Mustafazadənin zədəsi üzücüdür. Mövsüm demək olar ki, onun üçün başa çatıb. Belə zədələr qaçılmazdır”.

Qurbanov, yeni transferlərin olacağına da işarə edib:

“Ümumi desəm, bütün mövqelərə oyunçu axtarırıq. Qarşıda vaxtımız var və xeyli sayda transfer etmək istəyirik. Axtarışdayıq”.

“Qarabağ” Bakıda keçirilən ilk qarşılaşmasında 1:6 hesabı ilə məğlub olub. Cavab matçı sabah saat 00:00-da İngiltərədə start götürəcək.

Son xəbərlər
“Fənərbağça” evdə xal itirdi
“Real” Ştillerlə maraqlanır
“Qarabağ” çətin rəqibdir” – “Nyukasl”ın futbolçusu
“Ən yüksək səviyyəli oyunumuzu "Qarabağ"a qarşı keçirmişik” – Eddi Hau
“Bayern” “Liverpul”un müdafiəçisi ilə maraqlanır
“Neftçi” Anatoli Banişevskinin 9 nömrəli formasını əbədiləşdirdi
Komitə sədri 21-ci turun mübahisəli epizodlarını şərh etdi - VİDEO
Mane Bundesliqaya üz tuta bilər
“Real”la oyundan öncə diskvalifikasiya edildi
Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirində iştirak edəcəklər
Fresneda Premyer Liqaya keçə bilər
“Partizan” baş məşqçisini qovdu
Stadnik Azərbaycan millisinin böyük məşqçisi təyin olundu
“Bayern” “Mançester Yunayted”in kapitanını satın almayacaq
“Dinamo”, “Şirvan” və “Quba”dan səfər qələbəsi
“İnter” “Yuventus”un transfer hədəfinə göz qoydu
Nataniel “Ayntraxt”dan ayrıla bilər
Banişevskinin 80 illik yubileyi ilə əlaqədar sənədli film - VİDEO
“Daha çox qol vurmaq istəyirəm” - Emreli
AFFA rəhbərliyi Banişevskinin məzarını ziyarət edib
“Real” üç futbolçusunu geri qaytarmaq niyyətindədir
Millimiz İnkişaf Turnirində sonuncu oyununda uduzdu
“Nyukasl”la oyun haqda danışacaq çox şey yoxdur” - Qurbanov
“Nyukasl”la matçda bizə yaraşmayan kimi çıxış etdik” – Montiel
“Atalanta”nın müdafiəçisi Premyer Liqaya yollana bilər
Azərbaycan boksçusu dünya yığmasının heyətində döyüşəcək
Volkov “100”ə çatdı
Ozobiçdən 70-ci qol: “23-lük”
“Liverpul” “Nyukasl”ın hücumçusuna görə nəhəng təklif hazırlayır
Tarixin 9-cusu: Ardıcıl 10-cu qələbə
DAHA ÇOX

Ən çox oxunanlar