“Qarabağ” “Nyukasl”a qarşı

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti oyununa çıxacaq.
Sports.az xəbər verir ki, Ağdam klubu turnirin pley-off mərhələsinin cavab oyununda “Nyukasl”la qarşılaşacaq.
Komandalar arasındakı ötən həftə Bakıda keçirilmiş ilk oyun Azərbaycan təmsilçisinin 1:6 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Cavab görüşü isə bu gecə Nyukasldakı “Sent Ceyms Park” stadionunda keçiriləcək. Qarşılaşmanı italiyalı Davide Massa idarə edəcək.
Qurban Qurbanovun komandasının mərhələ adlamaq şansı cüzi olsa da, təmsilçimizin ən azı layiqli oyun sərgiləyəcəyinə ümid etmək olar.
UEFA Çempionlar Liqası
Pley-offun cavab oyunu
24 fevral
“Nyukasl” - “Qarabağ”
Hakimlər: Davide Massa, Filippo Meli, Stefano Alassio, Luka Payretto (İtaliya).
“Sent Ceyms Park” stadionu, saat 00:00.
İlk oyun – 6:1.





























