“Sona kimi mübarizədən qopmadıq” – Qurban Qurbanov

“Sona kimi mübarizədən qopmadıq” – Qurban Qurbanov

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Nyukasl” - “Qarabağ” (3:2) oyunundan sonra Ağdam komandasının baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə konfransı keçirilib.

Sports.az xəbər verir ki, təcrübəli mütəxəssis 2:3 hesabıyla uduzduqları qarşılaşma barədə fikirlərini açıqlayıb:

“Futbolçularıma təşəkkür etmək istəyirəm. Çünki Çempionlar Liqasında uzun və maraqlı mövsüm keçirdilər. Göstərdikləri oyuna, performansa, xarakterə görə hər birindən çox razıyam. “Nyukasl”la bugünkü matçda da özlərini maksimum dərəcədə yaxşı tərəfdən göstərdilər. Görüşün startında iki qol buraxsaq da, komanda toparlanmağı bacardı və sona kimi mübarizədən qopmadı. Fürsətdən istifadə edərək “Nyukasl” azarkeşlərinə də təşəkkür edirəm. Yaxşı hücumlarımıza, vurduğumuz qola görə əl çalır, bəzən bizə də azarkeşlik edirdilər. Həmçinin bu mövsüm bizimlə olan, komandamızı sona kimi dəstəkləyən azarkeşlərimizə də təşəkkürümü bildirirəm. Biz də onları sevindirməyə çalışdıq”. 

Baş məşqçi bu mövsüm Çempionlar Liqasında yaxşı təcrübə qazandıqlarını söyləyib:

“Hər oyun bizim üçün böyük təcrübə oldu. Liqa mərhələsində fərqli oyun sistemində çıxış edən böyük klublara qarşı oynadıq. Ancaq bizim üçün ən böyük təcrübə İngiltərə klublarına qarşı oyunlar oldu. İngilis futbolu Avropada çox fərqlənir. Əlbəttə ki, daha yaxşı oyunlar keçirməyimizi istərdim. Ancaq düşünürəm ki, özümüzü mümkün qədər yaxşı tərəfdən göstərməyi bacardıq. Futbolçular fiziki və psixoloji cəhətdən çox yoruldular. Buna baxmayaraq, qarşımıza qoyduğumuz məqsəd maksimum dərəcədə irəli getməkdir. Qısa müddətdə toparlanmalı və daha uğurlu iş görmək üçün düşünməliyik”.

Son xəbərlər
“2:0-dan sonra “Qarabağ”ın müdafiə xəttini yarmaq çətinləşdi”
“Sona kimi mübarizədən qopmadıq” – Qurban Qurbanov
“İnter” Çempionlar Liqasından qovuldu
“Qarabağ” ÇL-lə vidalaşdı
Qvardiolanı kim əvəz edəcək?
"Qarabağ" UEFA-dan 65 milyon manatdan çox vəsait alıb
Rövşən Nəcəf Canni İnfantinonu təbrik edib
Keyn “Barselona”ya keçəcək?
“İrlandiyanı məğlub etmək üçün gücümüz var” - Baxşıyev
Azərbaycan çempionatının qalibi bəlli oldu
Kazemiro gələcəyi ilə bağlı qərar qəbul etdi
Böyükhesablı qələbələr turu
“Səbail”lə “Baku Sportinq”dən heç-heçə
Fernandes “Mançester Yunayted”də qalmaq istəyir, amma…
Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlandı
“Qəbələ” “Turan Tovuz”a belə uduzdu - VİDEO
“Barselona” Raşforddan imtina edə bilər
“Turan Tovuz”un müdafiədə xəttini yarmaq çox çətin olur”
“Qəbələ”dən ehtiyat edirdik” - Berdıyev
“Xankəndi” “Qaradağ Lökbatan”a qalib gəldi
Maquayr “Mançester Yunayted”lə müqaviləsini yeniləyə bilər
Paytaxt klubunun futbolçusu əməliyyat olundu
MPK ilə ATF arasında Anlaşma Memorandumu imzalandı
“Mançester Yunayted”in futbolçusu sürücülük hüququndan məhrum edildi
Dibala “Roma”dan ayrıla bilər
“Qəbələ” “Turan Tovuz”a böyük hesabla uduzdu
Banişevskinin 80 illik yubileyi münasibətilə xatirə turniri keçirilib
“Nyukasl”ın zədəli futbolçularının adları açıqlandı
La Liqa klubunda yeni müdafiəçi
Dieqo Simeone İtaliya A Seriyasında çalışa bilər
DAHA ÇOX

Ən çox oxunanlar