Azərbaycan futbolu
Kehat mövsümün sonunadək meydana çıxa bilməyəcək

26.02.2026 | 14:20
Misli Premyer Liqasının XXI turunda "Qəbələ" ilə matçda zədələnən "Sumqayıt"ın futbolçusu Roi Kehat əməliyyat olunub.
Sports.az xəbər verir ki, cərrahi müdaxilə yarımmüdafiəçinin vətəni İsraildə baş tutub.
Oyunçuya axill vətərinin dabana qədər tam yırtığı diaqnozu qoyulub. Roi Kehat təxminən 1 ay sonra fizioterapevt müşayiəti ilə mərhələli şəkildə reabilitasiya prosesinə start verəcək.
O, ən az mövsümün sonuna qədər komandaya kömək edə bilməyəcək.
Son xəbərlər





























