“Bu gün meydançada istədiyimizi etdik” - Azər Bağırov

“Bu gün meydançada istədiyimizi etdik” - Azər Bağırov

“Kəpəz” bu gün Misli Premyer Liqasının 22-ci turunun açılış matçında “Sumqayıt”la üz-üzə gəlib.

Sports.az xəbər verir ki, 3:0 hesabı ilə qalib gələn bölgə təmsilçisinin baş məşqçisi Azər Bağırovun oyundan sonra mətbuat konfransı keçirilib. Bağırov maraqlı oyun alındığını bildirib:

“Bütün azarkeşlərimizə təşəkkürümü bildirirəm və qələbəni də onlara həsr edirəm. Xüsusən, onların arasında bir qazi azarkeşimiz var idi, hansı ki, təzəlikcə uşağı olub. Təbrik edirəm.

Oyuna gəlincə, maraqlı oyun alındı. Bu gün meydançada istədiyimizi etdik. Rəqibin etmək istədiklərinin qarşısını aldıq. Oyunçularımı təbrik edirəm.

“Sabah”la matçda son dəqiqələrdə qol buraxdıq. Düşünürəm ki, həmin oyunda da yaxşı çıxış etmişdik. Məncə, o matçın motivasiyası qalmışdı və bu həftə hazırlıq ərzində onu saxlaya bildik. “Sabah”la bizim də oyunumuz intriqalı oyun olmuşdu. Onların “Qarabağ”la qarşılamaları mənim üçün adi bir oyundur. Sadəcə, izləyib özüm üçün təhlillər aparacam”.

Bağırov, növbəti dəfə komandasının üzvü Ryonosuke Ohori ilə bağlı iddialara aydınlıq gətirib. İddia olunurdu ki, yaponiyalı futbolçu həftə ərzində keçirilən bütün məşqlərdə iştirak etsə də, “Neftçi” ilə 20-ci turdakı matça aparılmayıb. Bağırov isə elə həmin vaxt futbolçunun gözündə problem olduğunu demişdi:

“Ohorini həkimə özüm aparmışdım. Məndə onun qəbzləri də var. Mətbuata göstərmək üçün demirəm, Bakıya getdikdə kim istəsə, göstərə bilərəm”.

Son xəbərlər
“Alaves” “Levante”yə məğlub oldu
“Parma” və “Kalyari”dən heç-heçə
Turun ilk oyununda heç-heçə
“Auqsburq”dan inamlı qələbə
“Başakşəhər” və “Trabzonspor”dan inamlı qələbə
Noyer karyerasına xitam verə bilər
Babayeva və Zeynalovdan qran-pridə gümüş medal
“Yuventus” “Vulverhempton”un futbolçusu ilə maraqlanır
AÇ: Azərbaycanın 3 qılıncoynadanı ilk səkkizlikdə
AÇ: Azərbaycan yığmasının rəqibləri bəlli oldu
“Baş verənlər bizim səhvlərimizin nəticəsi idi” - Demçenko
“Bayern” yarımmüdafiəçisinin əməkhaqqını dördqat artırmağa hazırdır
“Çox güc sərf etdik” - Rəşad Sadıqov
“Araz-Naxçıvan” “Zirə”yə belə uduzdu - VİDEO
Hücumçusu “Yuventus”u tərk edə bilər
“Kəpəz”lə “Zirə”dən qələbə
UNEC və “Turan”dan qələbə
Azərbaycanın iki boksçusu yarımfinalda
Azərbaycan birinciliyi keçirilib
“Çelsi” hücumçusunu sata bilər
Azərbaycan millisinin 4 üzvü Türkiyə Super Liqasında iştirak edəcək
Yusifov karyerasında ilk dəfə “Böyük Dəbilqə”nin qalibi oldu
“Sumqayıt” darmadağına üzüldü - VİDEO
Əsas ulduzu “Liverpul”da qalmağa hazırdır
Azərbaycan UEFA reytinqində cari mövsümü 27-ci yerdə başa vuracaq
“Samsunspor”un 1/8 finaldakı rəqibi bəlli oldu
“Bu gün meydançada istədiyimizi etdik” - Azər Bağırov
“İlk 20 dəqiqədəki qollar komandanın oyununu “sındırdı”
Tonali İngiltərənin iki nəhənginin maraq dairəsindədir
Avroliqanın 1/8 finalında qarşılaşacaq komandalar bəlli oldu
DAHA ÇOX

Ən çox oxunanlar