Azərbaycan futbolu
“Sanki “Neftçi”nin yüksəlməsini istəmirlər” - Vernidub

28.02.2026 | 17:20
“Neftçi”nin baş məşqçisi Yuri Vernidub “Şamaxı” ilə oyundan sonra hakimlikdən şikayətlənib.
Sports.az xəbər verir ki, ukraynalı mütəxəssis “Şamaxı” ilə heç-heçə etdikləri (2:2) oyundan sonra fikirlərini bölüşüb:
“Matçı şərh etmək istəmirəm. Bu qərara kim cavabdehdirsə, şərhi o versin. Oyundan razıyam, amma təəssüf ki, bu gün baş verənlər ağrılıdır. Belə hal futbola yaraşmır. Hakimlik hər yerdə problemlidir, tək Azərbaycanda deyil. Komanda olaraq ən məyusedici halı yaşadıq. Buna görə özümüzü pis hiss edirik. Ciddi irəli getməyə başlamışdıq. Sanki “Neftçi”nin yüksəlməsini istəmirlər. Amma dayanmayacağıq, iradəmiz ilə irəli gedəcəyik. Güclülər bu yolu davam edə bilirlər. Üzürlü sayın, daha danışmaq istəmirəm”.
Son xəbərlər





























