“Qəbələ”yə qalib gəlmək istəyirdik” - Füzuli Məmmədov

“Qəbələ”yə qalib gəlmək istəyirdik” - Füzuli Məmmədov

“Karvan-Yevlax” bu gün Misli Premyer Liqasının 22-ci turunda “Qəbələ”nin qonağı olub.

Sports.az xəbər verir ki, oyundan sonra yevlaxlıların baş məşqçisi Füzuli Məmmədovun mətbuat konfransı keçirilib. Məmmədov 1:1 hesabı ilə başa çatan matçı belə şərh edib:

“Çox çətin oyun idi. Baxmayaraq ki, ciddi hazırlaşmışdıq və qalib gəlmək istəyirdik. Meydança da bir az sürüşkən idi. Uşaqlar yaxşı vuruşdular. Bizim üçün hər bir xal çox önəmlidir. Hər iki komandaya qarşıdakı oyunlarda uğurlar arzulayıram.

Qarşıda oyunlarımız var, sona kimi mübarizə apacağıq. Rəqibləri təhlil edirik, səhvlərin üzərində çalışırıq. Mən bu komandaya gələndə çoxlu xallar itirmişdik. Daha sonra da səhvlərimiz oldu. Bunların üzərində çalışırıq. Sona kimi mübarizəmizi davam etdirəcəyik”.
 

Son xəbərlər
PSJ-yə bir qol bəs etdi
“Barselona”dan darmadağın
“İnter”lə “Napoli”dən növbəti qələbə
“Bayern” “Borussiya”ya da qalib gəldi
“Liverpul”dan darmadağın, “Mançester Siti”dən çətin qələbə
“Qalatasaray”la “Beşiktaş”dan qələbə
“Borussiya” “İnter”in müdafiəçisini satın ala bilər
“Totenhem” “Köln”ün cinah hücumçusuna iddia edir
2-ci Liqada 16-cı turun təyinatları açıqlandı
“Qarabağ” – “Sabah” matçına satılmış biletlərin sayı açıqlandı
Qubada keçirilməli olan matçın yeri dəyişdirildi
Emrelinin komandası evdə uduzdu
“Liverpul” “Palmeyras”ın hücumçusu ilə maraqlanır
“Arsenal” “Atalanta”nın müdafiəçisi ilə maraqlanır
“Qəbələ” və “Karvan-Yevlax”dan heç-heçə - VİDEO
“Bu gün iki xal itirdik” - Sxadadze
De Zerbi İngiltərə Premyer Liqasına qayıda bilər
“Qəbələ”yə qalib gəlmək istəyirdik” - Füzuli Məmmədov
“Real”ın ulduzu beş klubun maraq dairəsindədir
Şamaxı və Qəbələdə heç-heçə
Azərbaycanın daha bir cüdoçusu "Böyük Dəbilqə"nin qalibi oldu
“Şamaxı” və “Neftçi”dən məhsuldar heç-heçə - VİDEO
Massumu mükafatlandırıldı
“Neftçi” kimi komandadan xal almaq yaxşıdır” - Ayxan Abbasov
“Sanki “Neftçi”nin yüksəlməsini istəmirlər” - Vernidub
“Real” “Mançester Siti”nin futbolçusunu satın ala bilər
Azərbaycan çempionatında qız boksçuların yarışı başa çatdı
“Neftçi”nin futbolçusu Şamaxıda zədələndi
Maunta iki iddiaçı var
“Köln”ün hücumçusu Avropa nəhənglərinin maraq dairəsindədir
DAHA ÇOX

Ən çox oxunanlar