“D” kateqoriyalı məşqçi kurslarına yekun vurulub

“D” kateqoriyalı məşqçi kurslarına yekun vurulub

AFFA və Bakı Futbol Federasiyasının birgə təşkilatçılığı ilə Bayıl stadionunda keçirilən “D” kateqoriyalı məşqçi kurslarına yekun vurulub.

Sports.az xəbər verir ki, üç gün davam edən kurs nəzəri və praktiki hissələrdən ibarət olmaqla, iştirakçıların məşqçilik sahəsində ilkin bilik və bacarıqlarının formalaşdırılmasına yönəlib.

Tədris proqramı çərçivəsində müasir məşq metodikası, uşaq və yeniyetmələrlə iş prinsipləri, məşq prosesinin planlaşdırılması, təhlükəsizlik qaydaları, eləcə də kütləvi futbolun əsas prinsipləri iştirakçılara ətraflı şəkildə izah olunub. Praktiki məşğələlər zamanı isə məşqçilər əldə etdikləri bilikləri meydanda tətbiq etmək imkanı qazanıblar.

Kursun son günündə keçirilən bağlanış mərasimində AFFA-nın baş katibinin müavini Elçin Məmmədov, Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və Bakı Futbol Federasiyasının prezidenti Tahir Süleymanov iştirak ediblər. Çıxış edən rəsmilər ölkədə kütləvi futbolun və uşaq futbolunun inkişafında ixtisaslı məşqçilərin rolunu xüsusi vurğulayaraq, kurs iştirakçılarını uğurla başa vurduqları təlim münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Bildirilib ki, bu cür kurslar regionlarda və paytaxtda futbol infrastrukturunun gücləndirilməsinə, həmçinin məşqçi potensialının artırılmasına mühüm töhfə verir.

Daha sonra kursun təşkilində fəal iştirak edən əməkdaşlar Bakı Futbol Federasiyasının prezidenti Tahir Süleymanov tərəfindən təşəkkürnamə ilə təltif olunublar. Sonda “D” kateqoriyalı məşqçi kursunu uğurla başa vuran iştirakçılara müvafiq lisenziyalar təqdim edilib.

Qeyd edək ki, bu lisenziya məşqçilərə gələcəkdə daha yüksək kateqoriyalı kurslarda iştirak etməsi üçün ilkin mərhələ hesab olunur.

Son xəbərlər
“Valensiya” və “Selta”dan çətin qələbə
Marseldə 5 qolluq derbi
Mərkəzi oyunda məhsuldar heç-heçə
“Ştutqart”dan darmadağın
Hacıyevadan Avropa Kubokunda gümüş medal
“Fənərbağça” səfərdə xal itirdi
“Arsenal” və “Mançester Yunayted”dən növbəti qələbə
“İnter” “Liverpul”un yarımmüdafiəçisi ilə maraqlanır
“Qarabağ” – “Sabah” matçında 6 qol - VİDEO
Marmuş “Barselona”ya mümkün keçidi haqda nə düşünür?
“Çoxdandır çempionatda bu cür atmosfer görməmişdik” – Qurbanov
“Üstünlüyümüzü qorumalıydıq” - Dambrauskas
Türk ulduzu “İnter”dən ayrılmağa hazırdır
“Qarabağ”la “Sabah”dan məhsuldar heç-heçə
Nəzərov beynəlxalq turnirdə ikinci oldu
Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirini 4 qızıl medalla bitirdilər
“Turan Tovuz” xal itirdi - VİDEO
İnzaqi “Əl-Hilal”dan qovula bilər
“Bu gün 2 xal itirdik” - Berdıyev
“Turan Tovuz”a qarşı yaxşı oyun göstərdik”
İlk oyun qolsuz bitdi, Məmmədov mükafatına qovuşdu
Mançester nəhəngləri “Nottingem Forest”in yarımmüdafiəçisi uğrunda çəkişirlər
Kotsoyev "Böyük Dəbilqə"nin bürünc medalını qazandı
“Barselona”nın ulduzu futbolla vidalaşmağa meyllidir
Azərbaycan çempionatı başa çatdı
“Mançester Yunayted” “Vest Hem”in kapitanını satın ala bilər
“Yuventus” “Liverpul”un qapıçısı ilə maraqlanır
Reytinq turnirində daha 2 medal
“D” kateqoriyalı məşqçi kurslarına yekun vurulub
Bəhlul Mustafazadə əməliyyat olundu
DAHA ÇOX

Ən çox oxunanlar