“Üstünlüyümüzü qorumalıydıq” - Dambrauskas

"Sabah" Misli Premyer Liqasının 22-ci turunda bu gün "Qarabağ"la qarşılaşıb.
Sports.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçdan sonra "bayquşlar"ın baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı olub.
Litvalı mütəxəssis 3:3 hesabı ilə yekunlaşan matçı belə şərh edib:
“Oyundan öncə məşqçilər heyəti ilə danışarakən hesabın belə bitə biləcəyini demişdim. Əfsuslar olsun ku, 3:0-dan sonra hesabı qoruya bilmədik. Biz çox üzgünük. Hər iki komandanı bu oyun münasibətilə təbrik edirəm. Son 20 dəqiqəyə qədər hesabda öndəydik. Necə olursa, üstünlüyümüzü qorumalıydıq. Soyuq havada bizi dəstəkləməyə gələn azarkeşlərə təşəkkür etmək istəyirəm. Bu oyunda hər şey var idi. İntriqa, mübarizə... "Qarabağ"ı gözəl geridönüş etdiklərinə görə təbrik etdim. Bu oyundan nəticə çıxarmalıyıq".





























