“Çoxdandır çempionatda bu cür atmosfer görməmişdik” – Qurbanov

“Çoxdandır çempionatda bu cür atmosfer görməmişdik” – Qurbanov

“Qarabağ” bu gün Azərbaycan Premyer Liqasının 22-ci turunda “Sabah”la qarşılaşıb.

Sports.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən və 3:3 hesabı ilə yeşunlaşan matçdan sonra “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı olub. Qurbanov maraqlı oyun alındığını bildirib:

“Maraqlı oyun alındı. Azarkeşlərə təşəkkür etmək istəyirəm. Belə bir oyunda bizi tək qoymadılar. Çoxdandır ölkə çempionatında bu cür atmosfer görməmişdik. Futbolçularıma təşəkkür etmək istəyirəm ki, belə dinamik, döyüşkən oyun nümayiş etdirdilər.

Hakim oyuna çox az vaxt əlavə etdi. Bəzən elə olur ki, fikirləşirsən, belə oyun bitməsin. Düşünürəm ki, çox az əlavə etdi. Bu qədər pauzaların olduğu oyunda 6 dəqiqə çox az idi.

Oyundan sonra rəqib baş məşqçi ilə oyunun gedişindəki münaqişə ilə bağlı danışdıq. Onların köməkçi məşqçisi bizim ehtiyat skamyaya ədəbsiz hərəkət etdi. Bu haqda danışdıq.

Məni narahat edən məqam oyunçuların bərpasıdır. Sıx qrafikdə çıxış edirik. Çempionatımız gərgin keçir. Bunun üçün də güc lazımdır.

Çox razı qaldım oyunçulardan, yorğun olduqları halda belə mübarizə apardılar. Sevinc də var idi, məyusluq da. Amma yenə də, təşəkkür edirəm ki, belə xarakter göstərdilər. Çəkinmədilər rəqibin üzərinə getməkdən, sonadək vuruşdular.

Çempionluq baxımından sona kimi mübarizə aparmaq istəyiriksə, qarşıdakı oyunlara hazırlaşmalıyıq. “Sabah”ın gücünü yaxşı bilirik. Qalib gəlmək istəyiriksə, bugünkündən daha yaxşı oynamalıyıq.

Musa Qurbanlı çox çalışır, çox əziyyət çəkir. Belə davam etsə, daha da yaxşılaşacaq. Əsas heyətin üzvünə çevrilə bilər. Hər şey ola bilər”.
 

Son xəbərlər
“Valensiya” və “Selta”dan çətin qələbə
Marseldə 5 qolluq derbi
Mərkəzi oyunda məhsuldar heç-heçə
“Ştutqart”dan darmadağın
Hacıyevadan Avropa Kubokunda gümüş medal
“Fənərbağça” səfərdə xal itirdi
“Arsenal” və “Mançester Yunayted”dən növbəti qələbə
“İnter” “Liverpul”un yarımmüdafiəçisi ilə maraqlanır
“Qarabağ” – “Sabah” matçında 6 qol - VİDEO
Marmuş “Barselona”ya mümkün keçidi haqda nə düşünür?
“Çoxdandır çempionatda bu cür atmosfer görməmişdik” – Qurbanov
“Üstünlüyümüzü qorumalıydıq” - Dambrauskas
Türk ulduzu “İnter”dən ayrılmağa hazırdır
“Qarabağ”la “Sabah”dan məhsuldar heç-heçə
Nəzərov beynəlxalq turnirdə ikinci oldu
Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirini 4 qızıl medalla bitirdilər
“Turan Tovuz” xal itirdi - VİDEO
İnzaqi “Əl-Hilal”dan qovula bilər
“Bu gün 2 xal itirdik” - Berdıyev
“Turan Tovuz”a qarşı yaxşı oyun göstərdik”
İlk oyun qolsuz bitdi, Məmmədov mükafatına qovuşdu
Mançester nəhəngləri “Nottingem Forest”in yarımmüdafiəçisi uğrunda çəkişirlər
Kotsoyev "Böyük Dəbilqə"nin bürünc medalını qazandı
“Barselona”nın ulduzu futbolla vidalaşmağa meyllidir
Azərbaycan çempionatı başa çatdı
“Mançester Yunayted” “Vest Hem”in kapitanını satın ala bilər
“Yuventus” “Liverpul”un qapıçısı ilə maraqlanır
Reytinq turnirində daha 2 medal
“D” kateqoriyalı məşqçi kurslarına yekun vurulub
Bəhlul Mustafazadə əməliyyat olundu
DAHA ÇOX

Ən çox oxunanlar