Danışılmış oyunlara qarşı mübarizə mövzusunda maarifləndirici sessiya

Danışılmış oyunlara qarşı mübarizə mövzusunda maarifləndirici sessiya

Premyer Liqada çıxış edən "Karvan-Yevlax", "Şamaxı", "Sumqayıt" klublarının aşağı yaş qrupları, həmçinin 1-ci Liqada mübarizə aparan MOİK, "Səbail" və "Şahdağ-Qusar"ın əsas komandasının üzvləri üçün danışılmış oyunlara qarşı mübarizə mövzusunda maarifləndirici sessiya təşkil olunub.

Sports.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, sessiya milli assosiasiyanın Komplayns və danışılmış oyunlara qarşı mübarizə şöbəsi tərəfindən həyata keçirilib.

Təlimdə çıxış edən Komplayns və danışılmış oyunlara qarşı mübarizə şöbəsinin rəisi, eyni zamanda danışılmış oyunlara qarşı mübarizə üzrə məsul şəxs Naib Əsədov və şöbənin digər əməkdaşı Murad Məmmədli futbolçulara danışılmış oyun anlayışı, oyun zamanı edilən adi səhvlərlə qəsdən manipulyasiya edilmiş davranışlar arasındakı fərqlər, eləcə də bu cür halların futbolun dürüstlüyünə və nüfuzuna vurduğu ciddi zərər barədə ətraflı məlumat veriblər.

Sessiya çərçivəsində futbolçuların yalnız idmançı deyil, eyni zamanda dəyərlərin daşıyıcısı olduğu vurğulanıb, ədalət, dürüstlük, məsuliyyət və nümunə olmaq kimi prinsiplərin futbolçuların peşəkar fəaliyyətində mühüm rol oynadığı qeyd edilib. Danışılmış oyunların əsas motivləri, manipulyasiya hallarının daha çox hansı oyunlarda baş verdiyi, idman mərclərinin bu prosesdə rolu və futbolçulara təsir üsulları təqdimat vasitəsilə izah olunub.

Eyni zamanda, futbolçuların etik borcu, şübhəli və ya danışılmış oyun təklifi ilə qarşılaşdıqda atmalı olduqları addımlar, susmağın da məsuliyyət daşıdığı hallarla bağlı praktiki situasiyalar üzərində müzakirələr aparılıb. Sosial media üzərindən edilən yaxınlaşmalar, manipulyatorların istifadə etdiyi vasitələr və futbolçuların ictimai və şəxsi profillərinin düzgün idarə olunmasının vacibliyi xüsusi diqqətə çatdırılıb.

Sessiya zamanı AFFA-nın 2025-ci ildə qəbul edilmiş İntizam Məcəlləsinin müvafiq maddələri, danışılmış oyunlarda iştirakın, bu cür hallara cəhdin və ya məlumatın gizlədilməsinin ağır intizam pozuntusu hesab olunduğu bildirilib, həmçinin yerli və beynəlxalq təcrübədən konkret nümunələr futbolçulara təqdim edilib. Maarifləndirici tədbirin əsas məqsədi futbol ictimaiyyətində şəffaflığın və dürüstlüyün qorunması, danışılmış oyunlara qarşı mübarizənin gücləndirilməsi və futbolçuların bu sahədə məlumatlılığının artırılmasıdır.

Son xəbərlər
“Xilasedici” və “Neftçi”dən qələbə
“Qalatasaray” “Liverpul”la oyunda azarkeşsiz qalacaq
PSJ-nin futbolçusu “Sabah”a keçəcək
“Qarabağ” inamlı qələbə ilə yarımfinalda!
Kipr klubu “Neftçi”nin futbolçusunu istəyir
Messidən növbəti nailiyyət
Danışılmış oyunlara qarşı mübarizə mövzusunda maarifləndirici sessiya
“Nyukasl”dan “Arsenal”ın cinah hücumçusuna “yağlı vəd”
Azərbaycan yığmasının toplanış üçün heyəti açıqlandı
CEV-in sabiq prezidenti vəfat edib
Azərbaycan basketbolçuları Türkiyə klubları ilə 13 yoldaşlıq matçı keçirib
Alisson A Seriyasına qayıda bilər
Qlasner “Red Bull”da vəzifə ala bilər
Xizək alpinizmi üzrə Avropa çempionatında ilk mükafatçılar müəyyənləşib
Belarus mətbuatı Azərbaycan millisini ələ saldı
“Dinamo”dan inamlı qələbə
Ölkə çempionatında ilk qalib və mükafatçılar müəyyənləşib
“NTD-yə fayda verəcəyimə inanıram”
“Arsenal” “Korintians”ın müdafiəçisi ilə maraqlanır
“Araz-Naxçıvan”ın akademiyasında inkişaf perspektivləri müzakirə edilib
Azərbaycanda BWF-nin “Shuttle Time” layihəsinin yeni mərhələsi keçirilir
“Liverpul” “Aston Villa”nın yarımmüdafiəçisini satın ala bilər
“Qarabağ” “Qalatasaray”ın hədəfindəki hücumçu ilə maraqlanır
AMADA-dan yeni sosial layihə
“Real” baş məşqçisini tezliklə qova bilər
“Liverpul” əlavə dəqiqələrdə buraxılan qollara görə Premyer Liqada antirekorda imza atıb
Qismət Alıyevdən “Zirə”nin heyətində yubiley matçı
“Çelsi” Bastoni üçün nəhəng məbləğdə xərc çəkməli olacaq
Yüksək Liqada 16-cı tur başlayır
Azərbaycan Kubokunda 1/4 finalın cavab oyunlarının hakimləri bilindi
DAHA ÇOX

Ən çox oxunanlar