“Keçmişə qayıtmağı xoşlamıram” - Qurban Qurbanov

“Keçmişə qayıtmağı xoşlamıram” - Qurban Qurbanov

"Qarabağ" Azərbaycan Kubokubun 1/4 final mərhələsinin cavab görüşündə "Şamaxı"nı 3:1 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.

Sports.az xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"Futbolçularımı təbrik edirəm. Vacib nəticədir. Oyun əlavə vaxta gedə bilərdi. İkinci hissədə oyunu tam ələ almışdıq. Bəzən səhvlərimiz olurdu. Qələbə çox vacib idi. Futbolçular düzgün oynamağa çalışdılar. Bir az yorğunluq hiss olunurdu. Qarşıdakı günlərdə yavaş-yavaş özlərinə gələcəklər. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Ayxan Abbasova uğurlar arzulayıram".

- Kadi Borgesi "8 nömrə" mövqeyində oynatdıq. Bu, gələcək üçün mesajdır?

- Kadi də o qabiliyyət var. Bu gün onu həmin mövqedə oynatmaq lazım idi. Pedro Bikalyo "Nyukasl" və "Sabah"la oyunlarda xeyli güc sərf etmişdi. Ona görə ehtiyat etdik. İstərdik ki, Kadi daha çox ön xətdə oynasın. Bəzən oyun quruculuğunda onun kimi oyunçunun bugünkü mövqedə olması lazımdır. Gələcəkdə belə rotasiyalar olacaq. Montiel də oorada oynaya bilər və ya yerlərini dəyişə bilərik. Futbolçuların bir neçə mövqedə oynamaq qabiliyyətinin olması sevindirici haldır.

- Yarımfinalda rəqibiniz "Sabah" ola bilər. Bu oyunlardan gözləntiniz nədir?

- Yarımfinalda kimlə oynayacağımızın fərqi yoxdur. "Sabah"la oyunlar azarkeşləri daha çox stadionlara cəlb edir.

- "Sabah"ın prezidenti Maqsud Adıgözəlov müsahibəsində bildirib ki, Qurban Qurbanov ötən mövsüm kubokun finalındakı qələbəmizə kölgə salıb. Buna cavab verəcəksiz?

- Keçmişə qayıtmaq istəmirəm. Bu suala cavab verməyəcəm. Oyunun gedişatında olan şeylər orada da qalır. Keçmişə qayıtmağı xoşlamıram.

- Aprel ayında "Sabah"la 3 dəfə qarşılaşa bilərsiz. Bundan əlavə "Neftçi" ilə oyun da var. Həmin ərəfədə milli komandaların oyunları ilə bağlı fasilə də olacaq. "Qarabağ" belə qrafikə hazırdır? Bunun öhdəsindən gələ biləcəksiz?

- Gəlməyinə gələcəyik. Bütün oyunları oynamalıyıq. Yorğunluq, hansısa psixoloji gərginlik ola bilər. Bu, futbolçunun həyatıdır, məşqçilərin işidir. İstənilən oyuna futbolçuları kökləməliyik. Əlbəttə ki, bəzən bu, alınmır. Hər oyuna maksimum nəticə üçün çıxacağıq.

- Sanki son vaxtlar "Qarabağ"ın üzərində təzyiq çoxdur. Bu fikirlə nə dərəcədə razısınız?

- Psixoloji gərginlik var. İlboyu sıx qrafikdə oyunlar keçirmək asan deyil. Hazırda elə bir vəziyyətdəyik ki sakit olmağa vaxt yoxdur. Hər matç ötdükcə tələblər də artır. Bizim məqsədlərimiz daim yüksəkdədir. Bu futbol həyatının normal gedişatıdır. Bəzi futbolçular bu gərginliyin ortasında gücdən düşmüş kimi görsənir. Biz bunu maksimum dərəcədə aradan qaldırmağa çalışırıq. 

- Qış fasiləsindədə də bəzi futbolçularınıza təkliflər də var idi. Yeni mövsümdə yenilənmış "Qarabağ" görə bilərikmi, yoxsa...?

- Hər şey gözlənilir. Ola bilər dəyişiklik az olsun, amma bizdən asılı olmadan səbəblərdən də çox ola bilər. Biz bu il həddindən artıq çox yükləndik. Oyun sayı əvvəlki illərə baxanda daha çox oldu. İstərdim ki, heyətimiz daha geniş olsun. Yeni mövsümdə əlimizdən gələni edəcəyik ki, heyət baxımından əziyyət çəkməyək. (Sportal)

Son xəbərlər
"Şahdağ"da Xizək Alpinizmi üzrə Avropa Çempionatı başlayıb
“Arsenal” və “Nyukasl” oyunçu mübadiləsi gerçəkləşdirə bilərlər
“İstedadların seçimi” yarışının 2-ci turu keçiriləcək
“Komo”nun yarımmüdafiəçisi “İnter”ə keçə bilər
“Keçmişə qayıtmağı xoşlamıram” - Qurban Qurbanov
“Penaltini yerinə yetirə bilsəydik, əlavə vaxtda şanslarımız olardı”
“Qarabağ” “Şamaxı”nı belə keçdi - VİDEO
“Mançester Siti” “dayaqçı”sını satmağa hazırdır
“Xilasedici” və “Neftçi”dən qələbə
“Qalatasaray” “Liverpul”la oyunda azarkeşsiz qalacaq
PSJ-nin futbolçusu “Sabah”a keçəcək
“Qarabağ” inamlı qələbə ilə yarımfinalda!
Kipr klubu “Neftçi”nin futbolçusunu istəyir
Messidən növbəti nailiyyət
Danışılmış oyunlara qarşı mübarizə mövzusunda maarifləndirici sessiya
“Nyukasl”dan “Arsenal”ın cinah hücumçusuna “yağlı vəd”
Azərbaycan yığmasının toplanış üçün heyəti açıqlandı
CEV-in sabiq prezidenti vəfat edib
Azərbaycan basketbolçuları Türkiyə klubları ilə 13 yoldaşlıq matçı keçirib
Alisson A Seriyasına qayıda bilər
Qlasner “Red Bull”da vəzifə ala bilər
Xizək alpinizmi üzrə Avropa çempionatında ilk mükafatçılar müəyyənləşib
Belarus mətbuatı Azərbaycan millisini ələ saldı
“Dinamo”dan inamlı qələbə
Ölkə çempionatında ilk qalib və mükafatçılar müəyyənləşib
“NTD-yə fayda verəcəyimə inanıram”
“Arsenal” “Korintians”ın müdafiəçisi ilə maraqlanır
“Araz-Naxçıvan”ın akademiyasında inkişaf perspektivləri müzakirə edilib
Azərbaycanda BWF-nin “Shuttle Time” layihəsinin yeni mərhələsi keçirilir
“Liverpul” “Aston Villa”nın yarımmüdafiəçisini satın ala bilər
DAHA ÇOX

Ən çox oxunanlar