Azərbaycan futbolu
Yüksək Liqada 16-cı turun növbəti oyunları keçiriləcək

05.03.2026 | 13:45
Qadın və kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 16-cı turun növbəti qarşılaşmaları baş tutacaq.
Sports.az xəbər verir ki, oyun günü qadın voleybolçuların dueli ilə başlayacaq.
"Gəncə" komandası Gəncə İdman Sarayında UNEC-i qəbul edəcək. Görüş Saat 14:00-da start götürəcək.
Növbəti görüş Azərbaycan Voleybol Federasiyasının idman zalında "Gənclər" və "Milli Aviasiya Akademiyası" komandaları arasında keçiriləcək. Qarşılaşma saat 17:00-da başlayacaq.
Kişi voleybolçuların mübarizəsində isə saat 17:00-da Fövqəladə Hallar Nazirliyinin idman zalında "Azərreyl" və "Murov Az Terminal" kollektivləri üz-üzə gələcəklər.
16-cı turun oyunlarına martın 6-da yekun vurulacaq.
Son xəbərlər





























