Klublar üçün danışılmış oyunlara qarşı sessiya

Klublar üçün danışılmış oyunlara qarşı sessiya

1-ci Liqada çıxış edən “Mingəçevir”, “Şimal” və “Zaqatala”, həmçinin II Liqada mübarizə aparan “Ağdaş” klubunun əsas komandalarının üzvləri üçün danışılmış oyunlara qarşı mübarizə mövzusunda maarifləndirici sessiya təşkil olunub.

Sports.az xəbər verir ki, sessiya AFFA-nın Komplayns və danışılmış oyunlara qarşı mübarizə şöbəsi tərəfindən həyata keçirilib.

Təlimdə çıxış edən Komplayns və danışılmış oyunlara qarşı mübarizə şöbəsinin rəisi, eyni zamanda danışılmış oyunlara qarşı mübarizə üzrə məsul şəxs Naib Əsədov və şöbənin digər əməkdaşı Murad Məmmədli futbolçulara danışılmış oyun anlayışı, oyun zamanı edilən adi səhvlərlə qəsdən manipulyasiya edilmiş davranışlar arasındakı fərqlər, eləcə də bu cür halların futbolun dürüstlüyünə və nüfuzuna vurduğu ciddi zərər barədə ətraflı məlumat veriblər. 

Sessiya çərçivəsində futbolçuların yalnız idmançı deyil, eyni zamanda dəyərlərin daşıyıcısı olduğu vurğulanıb, ədalət, dürüstlük, məsuliyyət və nümunə olmaq kimi prinsiplərin futbolçuların peşəkar fəaliyyətində mühüm rol oynadığı qeyd edilib. Danışılmış oyunların əsas motivləri, manipulyasiya hallarının daha çox hansı oyunlarda baş verdiyi, idman mərclərinin bu prosesdə rolu və futbolçulara təsir üsulları təqdimat vasitəsilə izah olunub. 
Eyni zamanda, futbolçuların etik borcu, şübhəli və ya danışılmış oyun təklifi ilə qarşılaşdıqda atmalı olduqları addımlar, susmağın da məsuliyyət daşıdığı hallarla bağlı praktiki situasiyalar üzərində müzakirələr aparılıb. Sosial media üzərindən edilən yaxınlaşmalar, manipulyatorların istifadə etdiyi vasitələr və futbolçuların ictimai və şəxsi profillərinin düzgün idarə olunmasının vacibliyi xüsusi diqqətə çatdırılıb. 

Sessiya zamanı AFFA-nın 2025-ci ildə qəbul edilmiş İntizam Məcəlləsinin müvafiq maddələri, danışılmış oyunlarda iştirakın, bu cür hallara cəhdin və ya məlumatın gizlədilməsinin ağır intizam pozuntusu hesab olunduğu bildirilib, həmçinin yerli və beynəlxalq təcrübədən konkret nümunələr futbolçulara təqdim edilib. 

Maarifləndirici tədbirin əsas məqsədi futbol ictimaiyyətində şəffaflığın və dürüstlüyün qorunması, danışılmış oyunlara qarşı mübarizənin gücləndirilməsi və futbolçuların bu sahədə məlumatlılığının artırılmasıdır.

Son xəbərlər
“Qarabağ”ın oyununa bilet satışı başlayır
Abşeronda 425 cüdoçu kəmər dərəcələri üzrə rəsmi imtahan verib
“İnter” “Udineze”nin mərkəz müdafiəçisi ilə maraqlanır
“Liverpul” “Bayern”in cinah hücumçusu ilə bağlı fikrindən daşındı
"Qəbələ" "Sabah"a qarşı - YENİLƏNİR
“Kəpəz” “Turan Tovuz”a belə uduzdu – VİDEO
Vensan Kompani hücumçu Nikolas Ceksonla söhbər apardı
Liderdən böyükhesablı, “Baku Fire”dən əzmkar qələbə
Klublar üçün danışılmış oyunlara qarşı sessiya
“Belə məğlubiyyətlər adamı üzür” - Azər Bağırov
“Barselona” mərkəz müdafiəçisi axtarışındadır
“Kubokda hədəfimiz böyükdür” – Abışov
“Quba” ev oyununda məğlub oldu
Xizək Alpinizmi üzrə Avropa Çempionatının ikinci günü yekunlaşıb
Türam Premyer Liqaya keçə bilər
Filipe Luisi Leonardo Jardim əvəzlədi
Millimizin oyununa hakim təyinatları açıqlandı
19-cu turun təyinatları açıqlandı
“Bayern” oyunçusu ilə danışıqlarını dayandırdı
2-ci Liqada 17-ci turun təyinatları açıqlandı
Bakıda Dünya Kubokuna start verilib
Cavadov “Vesterlo”nun düşərgəsində
“Nyukasl”ın hücumçusu “Barselona”ya keçə bilər
Yüksək Liqada 16-cı turun növbəti oyunları keçiriləcək
“Şimal” kot-d'ivuarlı hücumçunu heyətinə qatdı
Bu gün 13-cü turun oyunları keçiriləcək
Alleqri adını “Real”la əlaqələndirən şayiəni cavabladı
Azərbaycan klubunun prezidenti vəzifəsindən getdi
“Liverpul” əsas ulduzu ilə ayrılmaq qərarına gəldi
Nikolas Cekson “Bayern”də qalmağı xəyal edir
DAHA ÇOX

Ən çox oxunanlar