“Belə oyunlar nə qədər çoxalsa, çempionatın xeyrinə olacaq”

“Belə oyunlar nə qədər çoxalsa, çempionatın xeyrinə olacaq”

“Qəbələ” bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab matçında “Sabah”ı qəbul edib.

Sports.az xəbər verir ki, 90 dəqiqəsi 2:2, əlavə vaxtı da heç-heçə (1:1) bitən və penaltilər seriyasında məğlub (2:4) olan “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Sxadadzenin oyundan sonra mətbuat konfransı keçirilib. Gürcüstanlı çalışdırıcı çox maraqlı oyun alındığını bildirib:

“Çox maraqlı oyun alındı. Çoxlu qollar var idi. Futbolçularıma təşəkkür edirəm. Yaxşı xarakter göstərdilər. Təəssüf ki, belə oyundan sonra növbəti mərhələyə keçə bilmədik. “Sabah”ı təbrik edirəm.

Premyer Liqaya qayıdanda da demişdim, çempionatın səviyyəsi yüksəlib. Arzu edirəm ki, bu nəticələr Azərbaycan millisinin də oyunlarına təsir etsin. Belə oyunlar nə qədər çox olarsa, çempionatın xeyrinə olacaq.

Fikirləşirdim ki, penaltilər seriyasında qalib gələn tərəf biz olacağıq. Çünki oyunçularım elə xarakter göstərmişdilər ki, düşünürdüm davamı gələcək. Həm də bəxt amili də var. Ümumiyyətlə, son oyunlarda bəxtimiz gətirmirdi, “Karvan-Yevlax”la matçda da belə oldu. Artıq düşünürdüm ki, bu oyunda bəxt üzümüzə güləcək. Amma eybi yox. 60 dəqiqə azlıqda çıxış etdik, yorğunluq var idi.

Balua bizim üçün çox vacib futbolçudir. Qış hazırlığında bizimlə olmadı. İnanıram ki, formaya düşəcək. Qırmızı vərəqəyə gəlincə, o da istəməzdi belə olsun. Amma mən istərdim ki, ona kimi Akinadeyə edilən qayda pozuntusu da araşdırılsın, məncə, qırmızı vərəqə həmin epizodda da var idi.

Məğlub olmaq olar, amma futbolçularımın bu qədər xarakter göstərməsi fonunda növbəti mərhələyə keçə bilməməyimiz böyük təəssüf hissi doğurur.

Bütün məşqçilər üçün ən vacibi odur ki, geniş heyəti olsun. Fərqi yoxdur, istər yerli olsun, istərsə də əcnəbi. Həmkarımın (“Sabah”ın baş məşqçisi) qərarına qarışa bilmərəm. 10 əcnəbi ilə meydana çıxması onun qərarıdır. “Sabah” çox yaxşı komandadır. Sadəcə, mən bir şeyi demək istəyirəm ki, yerli oyunçular belə oyunlardan sonra ruhlansınlar, görsünlər ki, istənilən rəqiblə mübarizə aparmaq olar, vuruşmaq olar. Yerli oyunçular fikirləşsinlər ki, əcnəbilərlə rəqabət aparmaq olar.

Hakimlərin yanaşması fərqli ola bilər. Mənim subyektiv fikrim odur ki, Akinadeyə qarşı qayda pozuntusunda qırmızı vərəqə var idi”.

Son xəbərlər
“Samsunspor”la “Konyaspor” da pley-offa vəsiqə qazandılar
Luis Enrike İspaniya La Liqasına qayıda bilər
“Sərhədçi” “Ordu”nu məğlub etdi
“Sabah” “Qəbələ” səddini çətinliklə keçdi - VİDEO
“Belə oyunlar nə qədər çoxalsa, çempionatın xeyrinə olacaq”
“Barselona” “Yuventus”un kapitanı ilə maraqlanır
“Hər yerdə belə “dəli” hesablar olur” – Dambrauskas
"Turan Tovuz"la "Sabah" yarımfinalda!
Barkola İspaniya nəhənginə qoşula bilər
“Azərreyl” uduzdu, “Gəncə” qalib gəldi
“Şəfa”, “Mingəçevir” və “Şimal”dan qələbə
“Qarabağ”ın oyununa bilet satışı başlayır
Abşeronda 425 cüdoçu kəmər dərəcələri üzrə rəsmi imtahan verib
“İnter” “Udineze”nin mərkəz müdafiəçisi ilə maraqlanır
“Liverpul” “Bayern”in cinah hücumçusu ilə bağlı fikrindən daşındı
“Kəpəz” “Turan Tovuz”a belə uduzdu – VİDEO
Vensan Kompani hücumçu Nikolas Ceksonla söhbər apardı
Liderdən böyükhesablı, “Baku Fire”dən əzmkar qələbə
Klublar üçün danışılmış oyunlara qarşı sessiya
“Belə məğlubiyyətlər adamı üzür” - Azər Bağırov
“Barselona” mərkəz müdafiəçisi axtarışındadır
“Kubokda hədəfimiz böyükdür” – Abışov
“Quba” ev oyununda məğlub oldu
Xizək Alpinizmi üzrə Avropa Çempionatının ikinci günü yekunlaşıb
Türam Premyer Liqaya keçə bilər
Filipe Luisi Leonardo Jardim əvəzlədi
Millimizin oyununa hakim təyinatları açıqlandı
19-cu turun təyinatları açıqlandı
“Bayern” oyunçusu ilə danışıqlarını dayandırdı
2-ci Liqada 17-ci turun təyinatları açıqlandı
DAHA ÇOX

Ən çox oxunanlar