Azərbaycan futbolu
“Kəpəz"in kubok məğlubiyyətlərinin sayı 35-ə çatdı

06.03.2026 | 14:40
"Kəpəz" Azərbaycan Kubokunda 35-ci məğlubiyyətini alıb.
Sports.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, 1/4 finalın "Turan Tovuz"la görüşünə təsadüf edib.
Qərb derbisində qeydə alınan 0:2 hesablı yenilgi Gəncə klubu üçün kubokda 35-ci olub. "Kəpəz" 114-cü matçında bu qədər məğlubiyət alıb. Gəncə təmsilçisi evdə 16, səfərdə 19 dəfə uduzub.
Qeyd edək ki, Azərbaycan Kubokunda yalnız "Neftçi" (43) və MOİK (42) daha çox məğlub olub.
Son xəbərlər





























