Dambrauskas-Baranauskas

Dambrauskas-Baranauskas

Dövri-zastoyda sən idin demə bar-bar bağıran,
hər qoyundan azı beş-altı bala, nolub ala? 

Xəzərə çəkdin hasar, ruhuma qoydun gömrük,
mülkü tikdün, məni saldun kanala, nolub ala? 

İçəri şəhrimizin hər daşı bir tarixdir, 
Çəkmisən tarixə importnu mala, nolub ala? 

İçəri Şəhəri yığdun torbuya, atdun daluva,
Saldun Əsgər Bəyi sən haldan-hala, nolub ala? 

Pünhanın kəs dilini, çək bazara, as duvara
gedəcəy yaxşı pula, baxsa mala, nolub ala? 
Baba Pünhan 

Ölməz Mirzə Ələkbər Sabir də deyib ki, 
Çırmanarıq keçməyə çay gəlməmiş,
Başlayırıq qızmağa yay gəlməmiş... 
"Sabah"ın “importnu” baş məşqçisi Valdas Dambrauskasın yanvarın 7-si 49 yaşı oldu.
Deyirlər adam yaşlaşdıqca müdrikləşir... 
Futbolçu karyerası olmayan Dambrauskas 49 yaşını qeyd edəndən düz bir ay sonra - ötən ayın 7-də tanınmış litvalı veteran futbolçu Stasis Baranauskas dünyasını dəyişdi. 
Bunu niyə yazdım? Baranauskas futbolçu karyerasını bitirəndən sonra bir neçə il məşqçilik etmişdi. Amma məşqçi karyerası futbolçu karyerası qədər uğurlu alınmamışdı. 
“Sabah"ın bu heyətinə isə rəhmətliyi də baş məşqçi qoysaydılar, "qızıl dubl" edərdi. 
"Sabah"ın çempionluğa iddialı komanda kimi formalaşmasında sabiq baş məşqçiləri Murad Musayevin rolu danılmazdı. Amma onun dövründə "bayquşlar"ın heyəti indiki ilə müqayisəolunmaz dərəcədə zəif idi. Bununla belə, Murad adını klubun tarixinə yazdırmağı bacardı. 

Murad Musayev alicənab insan idi. "Sabah" rəhbərliyində təmsil olunanlar kimi. 
Klub həm də buna görə qısa müddətdə sevildi. Çox az maraq olan futbolumuzda özünə azarkeşlər tapmağı bacardı. 

Mən Murad Musayevin bir dəfə də olsun, jurnalistlərə hörmətsizlik etdiyini xatırlamıram. 
Dambrauskas deyilənə görə, kitab oxumağı sevir. Amma "hər oxuyan Molla Pənah, hər qatırçı Murad olmaz” zərb-məsəlini bilmir. 

“Sabah” futbol klubu bu cür davranışı qəbuledilməz hesab edir. Bu, bizim adət-ənənələrimizə, mədəniyyətimizə və dəstəklədiyimiz dəyərlərə uyğun gəlmir. Onunla söhbət aparmışıq" - bu sözləri "Sabah"ın prezidenti Maqsud Adıgözəlov "Qarabağ"la oyunda Dambrauskasın korpusuna daxil olan məşqçinin tərbiyəsizliyini şərh edərkən deyib. 

Maqsud müəllim baş məşqçiləri ilə də söhbət aparsa, yaxşı olar. Çünki komanda 3:0 öndə olduğu oyunda, bəlkə də çempionluq oyununda qələbəni əldən verir. 10 nəfərlə oynayan autsayderlərdən biri ilə qarşılaşmada hesabda 2:0 irəlidəykən az qala kubok şansını da itirsin. 
Və bu baş məşqçi mətbuat konfransında oyunda zədələndiyi üçün əvəz edilən komandanın liderlərindən biri Velko Simiçin durumu ilə bağlı çox normal sualıma qeyri-adekvat cavab verir... 
Dambrauskas mətbuat konfranslarında heç də ilk dəfə belə hərəkət etmir. Məşqçi karyerasına İngiltərədə məhəllə komandasında başlasa da, indi İPL-i izlədiyini düşündüyüm üçün "Qarabağ"ın "Nyukasl"la Çempionlar Liqasının 1/16 mərhələsinin oyunlarından öncə komandaların şanslarını dəyərləndirməsini xahiş edəndə yenə anormal reaksiya vermişdi. 
Daha öncə isə mətbuat konfrasında həmkarlarım Müzəffərlə İsmayılın suallarından sonra tərbiyəsizlik etmişdi... 

Valdas müəllim, bəlkə bir az yavaşıyasan?

Jurnalistlərlə danışmaq, mətbuat konfransında özünü aparmaq etikasını öyrənəsən? 
Qurban Qurbanovun qazandığı uğurların hələ 1 faizini də qazanmamısan. "Sabah" rəhbərliyinin nüfuzunun altında gizlənib həddini niyə aşırsan? 

İtə yiyəsinə görə hörmət edirlər. Amma nədənsə AFFA-da və "Sabah"da bəzi vəzifə sahibləri bunu anlamır, ayağının altını görmür, Azərbaycan futbolunun inkişafı üçün illərini vermiş, saç ağartmış, təzyiqlərə dözmüş insanlara yuxarıdan baxır. 

İndi biz nə edək: mətbuat konfranslarına  etika-estetika, etiket qaydaları haqda kitablar gətirib, özünü apara bilməyən baş məşqçilərə bağışlayaq?! 

Son iki oyunda futbol klublarımız arasında bəlkə də ən bahalı heyətə malik "Sabah"ın qapısından keçən 6 qolun da günahkarı bizik? 

Deyilənə görə, Ayxan Abbasovu milliyə Maqsud Adığözəlov gətirib. Bu, AFFA-nın yeni rəhbərliyinin indiyəcən atdığı ən doğru addımdı. Kaş, "Sabah"a da gətirəydi. 
Vallah, öz məşqçilərimizin qədrini bilmirik. Azər Bağırov, Elmar Baxşıyev "Araz Naxçıvan"ın tarixinə düşdülər. Amma nə fayda... 

Naxçıvanlılar Andrey Demçenkonu, yəqin ki, futbolçu karyerasında "Ayaks" sözü olduğu üçün baş məşqçi etmək istəyirlər. Amsterdam təmsilçisində 3 ilə 4 oyuna çıxan Demçenkodansa 5 ilə 13 oyuna çıxmış, hələ 1 qol da vurmuş Edqar Manuçaryanın "Ayaks" karyerası daha yaxşıdı. "Çelsi"də 3 ilə 2 oyuna çıxmış Rati Aleksidze də var. "Zato" "Çelsi"də oynayıb... 

Dambrauskasa gəlincə, son iki oyunda Qurban Qurbanovla Kaxaber Sxadadzenin ona keçdiyi master-klasslardan nəticə çıxarsa, yaxşı olar. Bu ustadlarından davranış qaydalarını öyrənməsi də faydalıdı. 

Bəlkə autsayder "Qəbələ"ni keçməyin yaratdığı bir şiş var. Rəvan Həmzəzadəyə, Kamal Umudluya minnətdar ol! 

Rəhim Həsənov bu videolardakı epizodlarda hakimlərin doğru qərar verdiyini desə, mənim daha yazacaq, deyəcək sözüm qalmayacaq... Məncə, hər iki epizod qırmızılıq idi. Məncə! 
AFFA Hakimlər komitəsindən bir xahişim var. Bundan sonra sədr epizodlara şərh verərkən qaydalara bənd bəndə istinad etsin, ya da AFFA bu sirki ləğv etsin. Və ya o da "məncə" sözünü desin, işimizi bilək. 

Yuxarıda “itə yiyəsinə görə hörmət edirlər” yazmışam. Rəhmətlik Əliağa Vahid demişkən, indi itin qohumları, küçükləri gəlib üstümə tökülüşməsə, yaxşıdı.

Son xəbərlər
“Liverpul” 1/4 finalda!
“Real” “Selta”nı çətinliklə məğlub etdi
PSJ evdə uduzdu
“Napoli”dən çətin qələbə
“Bayern”dən darmadağın
Ruslan Paşayev qran-prinin qalibi oldu
Gimarayns yaxın gələcəyi ilə bağlı qərar qəbul etdi
“Naxçıvan” “Lənkəran”ı məğlub etdi
FIFA referiləri üçün vəsiqə və döş nişanlarının təqdimat mərasimi keçirilib
“Azərreyl” və “Turan” qələbə qazandı
Ronaldinyo ağız zədə almış Rodriqoya müraciət ünvanladı
Cüdo üzrə Liqa yarışının 1-ci turu keçirilib
Avropa Çempionatının üçüncü gününə yekun vuruldu
Türkiyə kubokunun formatı yenidən dəyişdirilir
Aslani uğrunda mübarizə qızışır
Super Liqa klubu cari mövsümdə 4-cü baş məşqçi ilə də vidalaşdı
“Səbail”dən darmadağın
Azərbaycan çempionatlarında fevralın ən yaxşı qol müəllifləri açıqlandı
“Real” yeni baş məşqçi axtarmır?
Super Liqanın növbəti mövsümünün start tarixi məlum oldu
Azərbaycan boksçuları üçün Banqkok sınağı
Azərbaycan çempionatının qalibləri müəyyənləşdi
“Real” iki ulduzunu xüsusi mütəxəssislərin ixtiyarına verdi
“Kəpəz” rəhbərliyində dəyişikliklər
İspaniya nəhəngləri “Tottenhem”in müdafiəçisi uğrunda çəkişəcəklər
“Lənkəran”a texniki məğlubiyyət, Rauf Əliyevə 4 oyunluq cəza verildi
Rodriqo gələcəyi ilə bağlı qərarını verib
Avropa çempionatında iştirak edəcək millimizin heyəti açıqlandı
Parapauerliftinqçilər üçün Tiflis sınağı
23-cü turun üç oyununun təyinatları açıqlandı
DAHA ÇOX

Ən çox oxunanlar