Azərbaycan futbolu
“Karvan-Yevlax” “Sumqayıt”a qarşı

07.03.2026 | 09:00
Bu gün Misli Premyer Liqasında 23-cü tura start veriləcək.
Sports.az xəbər verir ki, ilk gündə bir oyun baş tutacaq.
Turun açılış oyunu “Karvan-Yevlax”la “Sumqayıt” arasında baş tutacaq. Yevlaxda keçiriləcək görüşü Əli Əliyev idarə edəcək.
“Şamaxı” – “İmişli” və “Qarabağ” – “Araz-Naxçıvan” sabah, “Zirə” – “Kəpəz” və “Neftçi” – “Turan Tovuz” matçları martın 9-da, “Sabah” – “Qəbələ” oyunu ayın 10-da keçiriləcək.
Misli Premyer Liqası
23-cü tur
7 mart
“Karvan-Yevlax” – “Sumqayıt”
Hakimlər: Əli Əliyev, Rəhman İmami, Gülnurə Əkbərzadə, Ruslan Quliyev
Yevlax şəhər stadionu, 15:00.
Son xəbərlər





























